Mik Şumaxer Almaniya Qran-Prisinin sınaq yürüşlərində iştirak edəcək
Bakı, 9 aprel, AZƏRTAC
“Ferrari” yürüş akademiyasının pilotu, əfsanəvi yürüşçü Mixael Şumaxerin oğlu Mik Şumaxer “Ferrari” motoru ilə işləyən bolidlərdən birinin sükanı arxasında iyulda keçiriləcək Almaniya Qran-Prisinin sınaq yürüşlərində iştirak edəcək.
AZƏRTAC “Express.de” saytına istinadla xəbər verir ki, “Xokkenhaymrinq” trasının marketinq şöbəsinin nümayəndəsi Yorn Teske artıq bu ideyanı dəstəkləyib. O bildirib ki, Mikin sınaq yürüşlərində iştirakı Formula 1-in alman pərəstişkarları üçün parlaq hadisə olacaq.
Mik Şumaxer Bəhreyn Qran-Prisində iki gün ərzində sınaqlarda iştirak edib. O vaxt pilot ilk dəfə müasir Formula 1 bolidinin sükanı arxasına keçib. Şumaxer ilk gün “Ferrari”nin, ertəsi gün isə “Alfa Romeo”nun bolidlərini idarə edib.
Pilot bildirib ki, növbəti dəfə Formula 1 bolidinin sükanı arxasına keçəcəyi vaxtı bilmir. O qeyd edib ki, hazırda bütün diqqətini Formula 2 yarışlarına yönəldib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]