Mikayıl Müşfiqin anadan olmasının 112 illiyi münasibətilə videoçarxlar hazırlanıb
Bakı, 8 iyun, AZƏRTAC
Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Mikayıl Müşfiqin anadan olmasının 112 illiyi münasibətilə videoçarxlar hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxlarda şairin ömür yolu və yaradıcılığından söhbət açılır və ona həsr olunan kitablar barədə məlumat verilir.
Qeyd olunur ki, Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]
“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb
- 08.10.2026 [19:43]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:02]