Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı onlayn beynəlxalq konqresdə məruzə ilə çıxış edib
Bakı, 21 avqust, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Fatma Qəniyeva Yaponiyanın Tokio şəhərində onlayn formatda keçirilmiş II Beynəlxalq Müasir Elmi Araşdırmalar Konqresində iştirak edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, F.Qəniyeva konqresdə “Müasir cəmiyyətdə qonaqpərvərliyin inkişafında texnologiyanın yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib, sualları cavablandırıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib. Beynəlxalq konqresin materialları tezliklə nəşr olunacaq.