ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq seminarda məruzə ediblər
Bakı, 28 sentyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasının qrafika üzrə bərpaçıları Gülşən Hacıyeva və Firuzə Ağayeva Türkiyənin Mərmərə Universitetində keçirilmiş “Əlyazmaların və arxiv sənədlərinin təmirində konservasiya-bərpa tətbiqi laboratoriyaları ilə universitet əməkdaşlığı” mövzusunda onlayn beynəlxalq seminara qoşulublar.
Muzeydən AZƏRTAC-a bildirilib ki, beynəlxalq seminarda G.Hacıyevanın “Milli Azərbaycan Tarixi Muzeyində qrafik əsərlərinin bərpası tarixindən” və F.Ağayevanın “Milli Azərbaycan Tarixi Muzeyinə aid kağız əşyalarının bərpa və konservasiyası inkişaf dinamikası” adlı məruzələri dinlənilib. Məruzələr nəşr ediləcək.