MİLLİ BANKIN VALYUTA EHTİYATLARININ HƏCMİ ARTMIŞDIR
2004-cü ilin birinci rübündə BVF-nin kreditləri üzrə əsas borcun qaytarılmasına və faiz borclarının ödənilməsinə 22,6 milyon ABŞ dolları həcmində vəsait sərf olunmuşdur. Beləliklə, nisbi artım 30 milyon ABŞ dolları təşkil etmişdir. Valyuta ehtiyatlarının artımı əsas etibarilə daxili valyuta bazarında alışlar hesabına baş vermişdir.
Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi cəmi 2 manat, yəni 0,04 faiz dəyişərək, rübün sonuna 4925 manat təşkil etmişdir. Manatın mövcud nominal məzənnəsi real səmərəli məzənnə indeksinin əlverişli dinamikasını təmin etməklə rüb ərzində də ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin yaxşılaşmasına şərait yaratmışdır.