Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli coğrafiya məktəbinin əsasını qoyan tədqiqatçı alim

Milli coğrafiya məktəbinin əsasını qoyan tədqiqatçı alim

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan coğrafiya elminin bugünkü nailiyyətlərində və bu elmin respublikanın sərhədlərindən kənarda qiymətləndirilməsində böyük xidmətlər göstərmiş görkəmli alim, Əməkdar Elm Xadimi, “Şərəf”, “Şöhrət” və “İstiqlal” ordenli akademik Budaq Budaqovun anadan olmasından 90 il keçir.

Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna rəhbərlik etmiş B.Budaqov respublikamızda coğrafiya elminin inkişafına dəyərli töhfələr verib. Onun tədqiqatlarının başlıca istiqamətlərini geomorfologiya, landşaftşünaslıq, paleocoğrafiya və toponimika məsələləri təşkil edir.

AZƏRTAC Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun görkəmli alimlə bağlı qeydlərini təqdim edir.

Akademik B.Budaqov 1928-ci ilin fevralın 23-də qədim Zəngibasar elinin Çobankərə kəndində doğulub, boya-başa çatıb. Orta təhsilini başa vurub 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olub və 1951-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Ölkəmizdə milli coğrafiya elmi məktəbinin bünövrəsini qoyan B.Budaqovun yüksək ensiklopedik biliyi, tədqiqatçı bacarığı olub. O, coğrafiya elminin bir çox sahələri üzrə böyük uğurlar qazanıb.

B.Budaqov keçmiş SSRİ Elmlər Akademiyası Coğrafiya İnstitutunun aspiranturasında oxuyub. O, 1955-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək görkəmli geomorfoloq alim N.Dimitraşkovun rəhbərliyi altında “Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və Azərbaycana ilk alim-geomorfoloq kimi qayıdıb. Dahilər demişkən, “Elmin nə sonu, nə də sərhədi olur”. Yalnız ona ürəkdən bağlananlar zirvəyə ucala bilirlər. Elmin zirvəsinə ucalmaq istəyənlər üçün həyatda əsasən üç şərt vacibdir: bilik, istedad, dözümlülük. Məşhur həmyerlimiz, akademik Lev Landau bu üç keyfiyyəti, elmdə həndəsi kateqoriyanın ayrılmaz hissələri adlandırıb. Bu vacib keyfiyyətin üçü də bilavasitə B.Budaqovun elmi yaradıcılıq fəaliyyətinin əsas prinsipi və qayəsi olub.

Tanınmış geomorfoloq alimin tədqiqatları əsasən respublikamızın Böyük Qafqaz bölgəsinə həsr olunub. O, Cənub-Şərqi Qafqazın şimal yamacında dəniz və çay terraslarını tədqiq edərək akkumulyativ və abrazion-akkumulyativ mənşəli Aşağı və Yuxarı Xvalın, Yeni Kaspi yaşlı dəniz terrasları ilə yanaşı, abrazion mənşəli Bakı və Xəzər yaşlı dəniz terraslarının da relyefdə çox yaxşı əks olunduğunu müəyyənləşdirib. Bu işə qədər bölgədə demək olar ki, xüsusi geomorfoloji axtarışlar aparılmamışdı. Bununla yanaşı, sıldırım yamaclar, başı qarlı-buzlu uca zirvələr, gözqamaşdırıcı dərin dərələr, gözlənilmədən baş verən uçqunlar, sellər, sürüşmələr və sərt keçidlər bölgənin öyrənilməsini çətinləşdirirdi. B.Budaqov bu çətinlikləri bilirdi. Onu da bilirdi ki, Böyük Qafqazın zəngin təbii ehtiyatlarının öyrənilməsi və mənimsənilməsi respublikamızın təsərrüfatının inkişafı üçün olduqca vacibdir. Bu məqsədlə B.Budaqov böyük həvəslə burada genişmiqyaslı tədqiqata başlayıb və ömrünün 30 ilindən çoxunu bu bölgənin öyrənilməsinə həsr edib. Hazırda Böyük Qafqazın geomorfologiyası, landşaftı, geotektonikası, təbiət hadisələri haqqında müasir elmi-nəzəri təsəvvürlərimiz məhz onun çoxsaylı tədqiqatlarına əsaslanır.

Alim Cənub-Şərqi Qafqazda Aşağı dördüncü dövrdə baş vermiş iki qədim buzlaşmanın izlərinin qalığını və üçüncü buzlaşmanın olmasının isə mümkünlüyünü əsaslandırıb. O, dağ-dərə buzlaqlarının 2400-2600 metr yüksəkliklərdən aşağı enmədiyini aşkarlayıb, Alp tipli dağ buzlaşmalarının əmələ gəlməsinə səbəb dördüncü dövrdə iqlimin kəskin soyuması və yeni tektonik mərhələdə baş verən intensiv hipsometrik qalxmalar olduğunu göstərib.

Böyük Qafqaz dağlarında ən uca Kəm yaylağında alimləri çoxdan düşündürən qədim Moren çöküntülərinin mövcudluğunu ilk dəfə Budaq müəllim kəşf edib. Bununla da, o, Böyük Qafqaz regionunda geoloji təkamüllə coğrafi örtüyün inkişaf tarixi arasındakı qarşılıqlı asılılığın elmi əsasını izah edib.

Akademik, həmçinin dağlıq ərazilərin ən mühüm təbii dağıdıcı proseslərindən olan sel və sürüşmələrin fundamental tədqiqatçısıdır. Sellərin yaranması və inkişafının geomorfoloji problemlərinin tədqiqinə 1959-cu ildə başlayan B.Budaqov Böyük Qafqazın cənub yamacında Kişçay və Kürmükçay hövzələrində sellərin üç genetik tipini - struktur, daşlı və palçıqlı selləri ayırıb. O, sel materiallarının tərkibini, həmçinin sel ocaqlarını tədqiq edib, özündən əvvəlki müəlliflərdən fərqli olaraq müasir dövrdə bu təbii dağıdıcı prosesin daha sürətlə inkişaf etdiyini sübuta yetirib. Tədqiqatçı sel təhlükəsi dərəcəsinə görə Azərbaycanın rayonlaşma sxemini tərtib edib və sellərin inkişaf proqnozunu verib. Bu tədqiqatın ərazinin sellərdən mühafizə edilməsi tədbirlərinin hazırlanmasında çox böyük əhəmiyyəti var.

Görkəmli alimin sürüşmələrin tədqiqindəki xidmətləri də əvəzedilməzdir. O, Cənub-Şərqi Qafqazda çox geniş yayılmış sürüşmələrin genetik təsnifatını verməklə onların tektonik-qravitasion-blok, sürüşmə-uçqun, sürüşmə-axın (işğın) kimi üç tipini ayırıb. Hər bir sürüşmə tipinin ərazinin iqlimi və geoloji-geomorfoloji quruluşu ilə sıx əlaqədə olduğunu əsaslandırıb.

Gərgin çöl-tədqiqatlarının nəticələrini ümumiləşdirərək tədqiqatçı müasir dövrdə sürüşmələrin daha intensiv inkişaf etdiyini, Tuğçay-Tudarçay xəttindən şərqə doğru isə tədricən bu proseslərin söndüyünü müəyyənləşdirib. Bu elmi-nəzəri ümumiləşdirmənin çox böyük elmi-praktiki əhəmiyyəti vardır. B.Budaqov sürüşmələrin daha intensiv inkişaf etdiyi hövzələrin irimiqyaslı geomorfoloji xəritələrini tərtib etməklə ayrı-ayrı sürüşmələrin dərin elmi təhlilini verib. Sonradan tədqiqatlarını daha da genişləndirərək bütün Azərbaycan ərazisində sürüşmələrin inkişaf xüsusiyyətlərini araşdırıb və onların inkişaf intensivliyinə görə çox böyük təcrübi əhəmiyyəti olan rayonlaşma xəritə-sxemini hazırlayıb. Bu tədqiqatlar zamanı onun sürüşmələrlə mübarizə məqsədilə təklif etdiyi meliorativ-geomorfoloji tədbirlər isə ölkədə konstruktiv-tətbiqi tədqiqatların bünövrəsi rolunu oynayıb.

Alp tipli dağlıq ölkələrin geomorfologiyasının ən aktual və mübahisə doğuran problemlərindən biri də düzəlmə səthlərinin tədqiqi və onun nəticələrinin elmi-nəzəri interpretasiyasıdır. B.Budaqov bu elmi problemə də çox diqqətlə yanaşıb və 1950-ci illərin ortalarından başlayaraq Böyük Qafqazın Azərbaycan hissəsinin şimal yamacı daxilində düzəlmə səthlərinin tədqiqi ilə məşğul olub. O, həmçinin Böyük Qafqazın düzəlmə səthlərini Kiçik Qafqaz və Alp qırışıqlığı zonasının digər dağlarındakı düzəlmə səthləri ilə müqayisəli təhlilini aparıb. Həmçinin dağlıq ölkələrdə relyefin formalaşmasında endogen və ekzogen relyef əmələgətirici proseslərin qarşılıqlı əlaqəsini təhlil edib və müvafiq elmi fikirlər söyləyib.

B.Budaqov sübut edib ki, Böyük Qafqazda dağlıq relyefi sarmat əsrindən sonra son 9 milyon il ərzində yaranıb. Bu tarixi, elmi tapıntı bütün Qafqaz tədqiqatçıları tərəfindən bəyənilib və bütünlüklə Qafqazın geotektonik inkişaf mərhələsinin başlanğıcı kimi qəbul olunub.

Alim 1970-ci illərin ikinci yarısından başlayaraq həmkarları ilə birgə morfostruktur tədqiqatlarda aero və kosmik şəkillərin deşifrlənmə materiallarını geniş tətbiq etməyə başlayıb. Aparılan genişhəcmli tədqiqatlar nəticəsində əvvəlcə Böyük Qafqazın Azərbaycan hissəsində, sonra isə Kiçik Qafqazda və qonşu ərazilərdə struktur geomorfoloji deşifrlənmə materialları əsasında müxtəlif mənşəli və dərinlikli tektonik qırılmalara uyğun gələn və qanunauyğun istiqamətlənmiş, mürəkkəb qövsvari, xətti və dairəvi lineamentlər şəbəkəsi müəyyənləşdirilib. Alp tipli orogen zonasına uyğun gələn bu ərazilərdə qırışıq, qırışıq-qayma, şaryaj, qırışıq-üstəgəlmə və s. mənşəli morfostrukturlar ayrılıb, yeni litosfer tavaları nəzəriyyəsinə əsaslanmaqla onların geodinamiki inkişaf mərhələlərinin səciyyəvi xüsusiyyətləri müəyyənləşdirilib.

B.Budaqov Böyük Qafqazın müasir relyefinin yaranmasında yer qabığında baş verən neotektonik hərəkətlərin əsas rol oynadığını göstərməklə yanaşı, müəyyən geoloji əsrlər üzrə bu hərəkətlərin başvermə xarakterini, dinamikasını, onların kəmiyyət və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Alimin əldə etdiyi yeni elmi uğurları onu müasir coğrafiya elminin mürəkkəb problem məsələlərinin həllinə cəlb edib. Onun dördüncü dövr geologiyası və paleocoğrafiyası üzrə apardığı tədqiqat işləri nəticəsində Böyük Qafqazın yüksək dağlıq zonasında dördüncü dövr buzlaşmalarının hərtərəfli öyrənilməsi üçün əsas yaradıb. Topladığı zəngin faktiki materiallar əsasında buzlaşma haqqında mövcud olan mübahisələri həll etməyə nail olub, qədim buzlaşmaların sayını, yaşlarını və sərhədlərini dəqiqləşdirib. O, inandırıcı dəlillərlə sübut edib ki, qədim buzlaşmalardan başlayaraq cavan buzlaşmaya doğru qar xətti tədricən yuxarı qalxıb. Budaq müəllim bu təbii prosesin əsas səbəbini iqlimin qlobal quraqlaşma və soyuqlaşma istiqamətində inkişaf etməsində görüb.

Azərbaycanda yeni tektonik hərəkətlərin başlandığı dövrün müəyyənləşdirilməsi həmişə böyük mübahisələr doğurub. Xüsusilə Şahdağ massivində tapdığı üst sarmat yaşlı fauna qatlarına əsaslanmaqla bu ərazi relyefinin formalaşmasında son həlledici dönüşün - yeni tektonik hərəkətlərin başlanma sərhədinin üst sarmat olduğunu əsaslandırır. Bu isə əvvəlki tədqiqatçıların müəyyənləşdirdikləri həddən xeyli fərqlənir. Beləliklə, B.Budaqov Azərbaycanda relyefin çoxəsrlik inkişaf dinamikasına və geoloji təkamülünə dair qaranlıq elmi fikirlərə coğrafi aydınlıq gətirib.

B.Budaqovun Böyük Qafqazın tədqiqində istifadə etdiyi orijinal üsullar və irəli sürdüyü elmi-metodiki konsepsiyalar respublikamızın digər dağlıq bölgələrində də müvəffəqiyyətlə sınaqdan keçirilib və bu bölgələrin geomorfoloji və paleocoğrafi problemlərinin həllində mühüm rol oynayıb. Onun bilavasitə təşəbbüsü ilə 1967-ci ildə keçmiş SSRİ-də birinci dəfə Coğrafiya İnstitutunda landşaftşünaslıq və coğrafi fikir tarixi şöbələri yaradılıb. Hazırda landşaftşünaslıq şöbəsində böyük elmi potensiala malik sanballı elmi məktəbin yaranması B.Budaqovun adı ilə bağlıdır.

O, Azərbaycanda geomorfoloji-landşaft xəritələşdirmə prinsiplərinin hazırlanmasının bünövrəsini qoyan ilk tədqiqatçılardan biridir. Onun Böyük Qafqazın ayrı-ayrı hissələri üçün ilk dəfə tərtib etdiyi irimiqyaslı geomorfoloji xəritələr elmə verilmiş çox böyük töhfələrdir. Bütövlükdə Cənub-Şərqi Qafqaz üçün tərtib edilmiş xəritə isə ərazinin çox mürəkkəb relyefini tam dolğunluqla əks etdirən fundamental elmi əsərdir.

Alimin 1973-cü ildə nəşr etdirdiyi “Cənub-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası” monoqrafiyası keçmiş SSRİ-də böyük əhəmiyyətə malik olan fundamental əsər kimi qiymətləndirilib. Bu əsərə görə müəllif SSRİ Coğrafiya Cəmiyyətinin Nikolay Prjevalski adına Qızıl medalına layiq görülüb. Onun ali məktəblər üçün nəşr olunan “Ümumi geomorfologiya” dərsliyi isə yüzlərlə gənc geomorfoloq kadrın hazırlanmasına xidmət göstərib.

Ensiklopedik təfəkkürə malik olan B.Budaqov coğrafiyanın digər sahələri üzrə də çoxprofilli tədqiqat aparan alimdir. O, Azərbaycanda landşaftşünaslıq elminin inkişafının bünövrəsini yaradan və bu sahədə böyük təşkilatçılıq göstərən görkəmli elm xadimidir. Onun iştirakı və rəhbərliyi ilə respublikanın ayrı-ayrı təbii regionlarında böyük və orta miqyaslı landşaft xəritələşməsi aparılıb, landşaftların coğrafi differensiya xüsusiyyətləri hərtərəfli tədqiq olunub. Alim landşaftşünaslıq elminin bir çox elmi-nəzəri problemlərinə də çox böyük diqqətlə yanaşıb. Onun planetin landşaft qabığının təsnifatı barədə elmi-nəzəri baxışları keçmiş SSRİ-də yüksək qiymətləndirilən nəzəri ümumiləşdirmədir. O, landşaftların təsnifat sxemini daha da təkmilləşdirərək Yer kürəsində landşaftları meqasinif-mezosinif, yarımsinif-tip-yarımtiplərə bölməyi daha məqsədəuyğun sayıb. Təklif etdiyi təsnifat sxemini tətbiq etməklə iqlim ehtiyatlarını nəzərə almaqla landşaft tipləri və fiziki-coğrafi rayonlaşdırma xəritəsini nəşr etdirib. B.Budaqov, həmçinin Zaqafqaziyanın ortamiqyaslı landşaft xəritəsinin əsas müəlliflərindəndir.

B.Budaqov Azərbaycan üçün səciyyəvi olan palçıq vulkanlarının geniş yayıldığı ərazilərin landşaftlarının yaranması, inkişafı, differensiasiya və transformasiya qanunauyğunluqlarının ilk tədqiqatçısıdır. Bu tədqiqatlar nəticəsində ilk dəfə palçıq vulkanlarının irimiqyaslı landşaft və geomorfoloji xəritələri tərtib edilib.

Onun rəhbərliyi ilə bilavasitə iştirakı ilə Azərbaycanın bütün ərazisi üçün müxtəlif miqyaslı landşaft-geomorfologiya xəritələri hazırlanıb, o cümlədən landşaftın differensialında yeni textonikanın rolu, landşaftın geokimyası, landşaftın təsnifatı, insanların təsərrüfat fəaliyyəti nəticəsində landşaft dəyişmələri, aerokosmik deşifrlənmə sahəsində mühüm elmi nailiyyətlər qazanıb.

B.Budaqov respublikamızda konstruktiv və regional coğrafi istiqamətlərin yaradıcılarından sayılır. Onun rəhbərliyi və yaxından iştirakı ilə Azərbaycanın çoxcildli “Konstruktiv coğrafiyası” monoqrafiyası hazırlanıb. Bu əsərdə Azərbaycanın bütün mövcud təbii ehtiyatları, onların potensial imkanları və səmərəli istifadə yolları geniş şərh olunub.

Akademik B.Budaqovun müasir dağ landşaftlarının formalaşmasına və inkişafına neotektonik hərəkətlərin təsirinin öyrənilməsi ilə ciddi məşğul olub. Bu problemə aid 1969-cu ildə nəşr etdirdiyi “Yeni tektonik hərəkətlərin Cənub-Şərqi Qafqazın landşaft komplekslərinin formalaşmasına təsiri” sərlövhəli ilk məqaləsi elmi problemin qoyuluşu və həll olunması cəhətindən mütəxəssislərin diqqətini cəlb edib. Daha sonra bu sahədə tədqiqatlarını daha da dərinləşdirən tədqiqatçı alim 1985-ci ildə yenidən “Yeni tektonika ilə əlaqədar Cənub-Şərqi Qafqazın landşaftlarının formalaşması və inkişafı” adlı fundamental elmi monoqrafiya nəşr etdirib. Bu əsər keçmiş SSRİ məkanında analoqu olmayan, mütəxəssislər tərəfindən problemin qoyuluşu və həll olunmasındakı prinsipial yeniliyə görə çox yüksək qiymətləndirilib.

Akademik dünya ictimaiyyətini narahat edən qlobal ekocoğrafi problemlər, o cümlədən səhralaşma, dünyəvi istiləşmə və təbiəti mühafizə sahələrində də mühüm yaradıcılıq işləri aparıb və dərin elmi əhəmiyyəti olan fikirlər söyləyib. Xüsusilə respublikamız üçün böyük təcrübi əhəmiyyəti olan ilk ekoloji-coğrafi rayonlaşdırma xəritəsini tərtib edib. Onun “Azərbaycanın təbii abidələri” əsəri xalqımızın elmi ekoloji mədəniyyətinin yüksəlməsində, təbiətə olan bağlılığın dərinləşməsində, ətraf mühitin qorunması işinin ümummilli təşkilində mühüm rol oynayıb. “Təbiəti qoruyaq”, “Azərbaycanın təbiət abidələri”, “Dözümlü, dözümsüz təbiət”, “Təbiət və poeziya" və digər monoqrafiyaları alimin təbiəti mühafizə problemlərinə çox böyük diqqət verdiyinə ən layiqli misallardır. Alimin 1990-cı ildə çoxillik tədqiqat materiallarına əsasən tərtib etdiyi “Azərbaycan ərazisinin ekoloji-coğrafi rayonlaşması xəritəsi” ekoloji tədqiqatların ilkin yekunu kimi çox böyük elmi-təcrübi əhəmiyyətə malikdir. Bu əsərdə o, ekoloji gərginlik yaradan kompleks amillərə əsaslanaraq respublika ərazisində ekoloji-coğrafi rayonlaşdırma aparıb.

Budaq müəllim türkdilli xalqların yaşadıqları ölkələrin, xüsusilə Azərbaycan toponimiyasının tədqiqinə geniş yer verib. Alimin təşəbbüsü ilə 1972-ci ildə Coğrafiya İnstitutunda tarixçi, dilçi və coğrafiyaçı mütəxəssislərdən ibarət toponimika şöbəsi yaradılıb. İndi həmin şöbənin bilavasitə elmi fəaliyyəti respublikada böyük siyasi əhəmiyyətli coğrafi problemlərin, həmçinin elmi-siyasi konsepsiyaların həll olunmasına çox böyük kömək edir. Onun Azərbaycan, ingilis və rus dillərində nəşr etdirdiyi “Türk uluslarının yer yaddaşı” monoqrafiyası Azərbaycan toponimika elminin böyük uğuru kimi qiymətləndirilir.

Akademik B.Budaqov məktəbinin uğurlu sorağı respublikamızın sərhədlərindən çox-çox uzaqlardan gəlir. Zaqafqaziya, Orta və Mərkəzi Asiya, Sibir, Türkiyə, Çin, İran, Hindistan və s. ölkələr arasında həmin məktəbin əsaslı “elmi körpüsü” yaranıb. Alimin rəhbərliyi altında 50-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. O, orta və ali məktəblər üçün yazılmış bir sıra dərsliklərin müəllifidir.

Elmi-yaradıcılıq fəaliyyəti dövründə B.Budaqov respublikada və xarici ölkələrdə mindən çox əsər, o cümlədən 30 xəritə-atlas, 40 monoqrafiya çap etdirib, yüzdən çox əsərin elmi redaktoru, onlarla namizədlik və doktorluq dissertasiyasının rəsmi opponenti olub.

B.Budaqovun geniş, çoxcəhətli elmi-təşkilatçılıq fəaliyyəti elmi ictimaiyyət və dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Şərəf”, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb