“Milli debatlar” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində gənclərlə görüş keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). “İrəli” İctimai Birliyinin (İB) tədqiqatlar və araşdırmalar mərkəzinin “Milli debatlar” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, universitetin tələbə həmkarlar ittifaqı komitəsinin təşkil etdiyi görüşdə “Magistratura və hərbi xidmətin növbələşməsi necə olmalıdır?” mövzusunda müzakirələr aparılmışdır.
Tədbirə mərkəzin rəhbəri Kəmaləddin Nəzərli aparıcılıq etmişdir.
Görüşdə layihənin eksperti, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov hərbi xidmətin gənclər üçün vacibliyindən danışmışdır.
Sonra mövzu ətrafında qarşılıqlı müzakirələr aparılmış, iştirakçıların fikirləri dinlənilmiş və onların sualları ekspert tərəfindən cavablandırılmışdır.
Görüşdə 200-dən çox gənc iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]