MİLLİ MƏCLİSDƏ BEYNƏLXALQ VALYUTA FONDUNUN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Görüşdə regional inkişaf məsələlərinə toxunulmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycanın neftdən əldə etdiyi gəlirin artacağı gözlənilir. Bu gəlirdən səmərəli istifadə etmək yolları müzakirə olunmuşdur.
Komissiya sədri S.Səfərov qonağa bildirmişdir ki, regional inkişafla bağlı vergidə diferensasiya olmalıdır. Bu, regionların iqtisadi inkişafının stimullaşdırılmasına müsbət təsir göstərə bilər. O, həmçinin qeyd etmişdir ki, bank faizlərinin səviyyəsi aşağı olmalıdır. Yəni, rentabellik səviyyəsindən yuxarı olmamalıdır.
Beynəlxalq Valyuta Fondunun nümayəndəsi söylənilən fikirlərlə razı olduğunu bildirmişdir.