MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYASININ İCLASINDA
Komissiyanın sədri Hadi Rəcəbli demişdir ki, ölkə iqtisadiyyatının dinamik inkişafı əhalinin rifah halının yaxşılaşdırılması imkanlarını genişləndirir. Ölkəmizin Prezidenti əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsini Milli Məclisə göndərmişdir. Layihədə Fondun büdcəsinin 21 milyon 239 min 700 manat artırılması nəzərdə tutulmuşdur. Beləliklə, Fondun büdcəsi 589481200,0 manat olacaqdır. Buna müvafiq olaraq, layihədə əhaliyə ödənişlərin, əmək pensiyalarının baza hissəsində və digər xərc maddələrində də artım olmuşdur.
Deputatlar artımı müsbət qarşılamış və layihənin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılmasını qərara almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]