MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parlamentin deputatı, respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova uşaq təşkilatları rəhbərlərinin Beynəlxalq Forumunda iştirak etmək üçün aprelin 3-də Budapeştə yola düşəcəkdir.
Tədbirdə yetişməkdə olan nəslin problemləri, uşaq birliklərinin müasir cəmiyyətdə rolu, bu qurumların qarşılıqlı əlaqələri və digər məsələlər müzakirə ediləcəkdir.
Deputatımız forumda “Beynəlxalq əməkdaşlığın uşaq maraqları çərçivəsində perspektivləri” mövzusunda çıxış edəcəkdir.
Səfər aprelin 12-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]