MİLLİ MƏCLİSİN DEPUTATI SEÇİCİLƏRİNİN PROBLEMLƏRİNİ HƏLL EDİR
Bu layihənin təşəbbüskarı Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səlahiyyətli nümayəndələri yerinə yetirilən tikinti-quraşdırma işləri ilə tanış olmuş, görülən işin keyfiyyətindən razılıqlarını bildirmişlər.
“Azərenerji”nin baş mühəndisi Saleh Məmmədovun sözlərinə görə, yarım əsr istismarda olan, avadanlğı və elektrikötürmə xətləri köhnəlmiş stansiya təchizatda problemlər yaradırdı. Ona görə də seçicilər seçki kampaniyası zamanı namizədləri ilə görüşdə bu məsələdə kömək göstərilməsini xahiş etmişdilər. Mehriban xanım Əliyeva bu problemin operativ həll edilməsi barədə məsələ qaldırmış, qısa müddət ərzində tədbirlər planı hazırlanmış və “Azərenerji”nin müvafiq bölmələri işə başlamışlar.