Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSİN DEPUTATLARI ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİNƏ QƏTİ ETİRAZLARINI BİLDİRİRLƏR

Bu günlərdə ATƏT-in Bakı ofisinin rəhbəri Mauritsio Pavezi müxalifət mətbuatına verdiyi müsahibəsində belə bir fikir söyləmişdir ki, “Azərbaycanda parlament var, amma buna parlament demək olmaz”. Nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanda fəaliyyət göstərən qurumunun rəhbərinin ölkənin qanunverici orqanı haqqında bu cür absurd fikir söyləməsi Milli Məclisin deputatlarında kəskin etiraz doğurmuşdur. Onlar müstəqil bir ölkənin parlamentinə bu cür münasibəti ən azı məsuliyyətsizlik hesab edirlər. Milli Məclisin üzvlərinin bu məsələ ilə bağlı AZƏRTAC-a daxil olmuş rəyləri diqqətə çatdırılır.

Səməd SEYİDOV

Milli Məclisin beynəlxalq

münasibətlər və parlamentlərarası

əlaqələr daimi komissiyasının sədri:

- Azərbaycan hər bir beynəlxalq təşkilata çox böyük hörmətlə yanaşır və hər sahədə əməkdaşlıq etməyə, konstruktiv dialoq aparmağa həmişə hazırdır. Beynəlxalq təşkilatlar içərisində ATƏT Azərbaycan üçün xüsusi yer tutur. Azərbaycanın işğal altında olan torpaqlarının sülh yolu ilə qaytarılması məsələsində xüsusi rolu olması bu təşkilatın əhəmiyyətini daha da artırır. ATƏT-in fəaliyyəti Azərbaycanın bu probleminin sülh yolu ilə həll olunması üçün mühüm bir istiqamətdir. Lakin əlaqələr və münasibətlər ikitərəfli olmalıdır. Beynəlxalq təşkilatlarda fəal fəaliyyət göstərən, bu təşkilatların tələblərinə tam əməl edən Azərbaycan özünə qarşı da bu münasibəti görmək istəyir. Biz heç bir beynəlxalq təşkilata ikili standartlarla yanaşmırıq. Buna görə də beynəlxalq təşkilatlardan eyni münasibət gözləyirik. Biz məsələni bu cür qoymaqla hesab edirəm ki, çox düzgün və beynəlxalq diplomatiyada qəbul olunan bir siyasət yeridirik.

Lakin son zamanlar ATƏT Azərbaycana qarşı ikili standartlar həyata keçirməklə ölkənin ictimaiyyətində və parlamentində narahatlıq doğurur. Məlumdur ki, ermənilər Azərbaycan torpaqlarını zəbt etməklə kifayətlənməyib, bu torpaqları yandırmağa başlayıblar. Bununla onlar Azərbaycanın izini bu torpaqlardan silmək məqsədi güdürlər. Bu ərazilərdə Azərbaycanın yalnız flora və faunasını yox, tarixini silmək istəyirlər. Ancaq buna nail ola bilmədilər. Baxmayaraq ki, ATƏT-in Azərbaycan üzrə nümayəndəsinin bu barədə fikirləri başadüşülən olmadı. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-də, parlament nümayəndə heyəti Avropa Şurasında, ATƏT-də bu məsələni qaldırmaqla biz öz etiraz səsimizi bu təşkilatlara çatdırdıq. Əminik ki, səsimiz eşidiləcəkdir.

Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatların nümayəndələri bəzən tamamilə başqa məlumatlar yayırlar. Bu az deyilmiş kimi, nüfuzlu beynəlxalq təşkilatın nümayəndəsi cənab Pavezi Azərbaycan parlamentinin mövcudluğuna şübhə ilə yanaşmağa başlayıb. Biz heç bir tənqiddən qaçmırıq. Ancaq bir var inkişaf edən hansısa prosesin tənqidi, bir də var müstəqil dövlətin parlamentinin fəaliyyətinin şübhə altına alınması. Bu, hər hansı bir təşkilat və onun nümayəndəsi tərəfindən yolverilməzdir. Mən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri kimi və bir Azərbaycan vətəndaşı kimi buna öz qəti etirazımı bildirirəm. Hər bir diplomat, Azərbaycanda çalışan hər bir şəxs belə məsələlərə münasibət bildirəndə məsuliyyətli olmalıdır. M.Pavezinin söylədikləri etik normalardan kənardır.

Bir misal göstərim. Bəzən hər hansı bir təşkilatın nümayəndəsi Azərbaycana qarşı subyektiv mövqedə dayanır. Hətta ATƏT Azərbaycanda 2000-ci il və 2005-ci il parlament seçkiləri ilə bağlı kəskin reaksiya vermişdi. Azərbaycan o zaman bu təşkilatla hər bir konstruktiv dialoqa hazır olduğunu bildirmişdi. Ancaq heç vaxt ATƏT-in mövcud olub-olmaması haqqında fikir yürüdülməmişdi. Hələ bu beynəlxalq təşkilatdır. Hansı ölkənin parlamenti haqqında Azərbaycan diplomatı öz fikrini bu şəkildə bildirib? Eyni münasibəti də biz Azərbaycan dövlətinin qanunverici orqanına göstərilməsini istəyirik. Beynəlxalq qurumun nümayəndəsinin Azərbaycana qarşı belə münasibəti yolverilməzdir. Biz hər bir məsələ barədə M.Pavezi ilə fikir mübadiləsi aparmağa həmişə hazırıq.

Asəf HACIYEV

Milli Məclisin deputatı:

- ATƏT-in Bakı ofisinin rəhbəri Mauritsio Pavezinin Azərbaycan parlamenti haqqında söylədiyi fikirlərə münasibətimi bildirmək istəyirəm.

Onun söylədiyi fikir ondan ibarətdir ki, “Azərbaycan parlamentinə parlament demək olmaz”. Bu, məni, eləcə də mənim seçicilərimi narahat edir. Mən artıq 10 ildən çoxdur ki, Milli Məclisin üzvüyəm. Cənab Pavezidən soruşuram: Hansı meyardan istifadə edərək deyir ki, Azərbaycan parlamentinə parlament demək olmaz? Hesab edirəm ki, bu diplomatiyadan, siyasi mədəniyyətdən, ümumiyyətlə, bəşər mədəniyyətindən uzaq olan bir fikirdir ki, müstəqil bir ölkənin parlamentinə parlament demək olmaz.

Onu da deyim ki, mən müstəqil, bitərəf deputatam. Heç bir siyasi partiyanın üzvü deyiləm. Mənə çox tez-tez sual verilir ki, bu nə deməkdir? Mən sadəcə bir misal gətirmək istəyirəm. On ildə Milli Məclisdə bir çox sənədlər olub ki, bunlar Yeni Azərbaycan Partiyası tərəfindən təklif olunub. Mən bu sənədləri imzalamışam, eyni zamanda müxalifət tərəfindən də bir neçə sənəd təklif olunub ki, onları da imzalamışam. Ancaq mən bəzən hər iki tərəfdən təklif olunan sənədə etiraz etmişəm, onu imzalamamışam. Bunun özü sübut edir ki, mən müstəqil deputatam. Yəni yaxşı fikir əgər müxalifət tərəfindən səslənirsə, mən onu dəstəkləyirəm, yaxud iqtidar tərəfindən irəli sürülürsə, mən onu da dəstəkləyirəm. Zənnimcə, müstəqil deputatın mövqeyi məhz belə olmalıdır.

Məni narahat edən məqamlardan biri də budur ki, “Azərbaycanda parlament var, amma buna parlament demək olmaz” fikrini söyləməklə, M.Pavezi müstəqil bir dövlətin qanunverici orqanının fəaliyyətini şübhə altına almışdır. Mən parlamentin bir üzvü kimi hesab edirəm ki, M.Pavezi bu fikrinə açıqlama verməlidir: O, bu sözləri deyib, ya deməyib?!

Əgər onun fikri təhrif olunubsa, M.Pavezi həmin qəzetlərdə təkzib verməlidir. Yox, əgər bu sözləri o deyibsə, belə bir hərəkət heç bir əndazəyə sığmır. Heç zaman, heç yerdə, heç kəsə haqq verilmir ki, müstəqil bir ölkənin parlamenti haqqında belə fikir söyləsin. Cənab M.Pavezi hansı meyardan çıxış edərək, bir ölkənin parlamentinə qiymət verir?!

Seçicilərim də mənə müraciət ediblər: Nə üçün M.Pavezi Azərbaycan parlamentini təhqir edib? Çünki biz çətin bir seçki prosesi keçdik. Noyabrda bu dairədə seçki baş tutmadı. May ayında keçirilən təkrar seçkidə mən qələbə çaldım. Seçicilərim ona görə narahatlıq hissi keçirirlər ki, M.Pavezinin bu cür məsuliyyətsiz bəyanatı bizim çətin mübarizəmizin üzərinə kölgə salır. Kim ona o haqqı verib ki, biz seçicilərin səslərini şübhə altına alsın.

Bu seçkilərdə müxtəlif təşkilatların, o cümlədən ATƏT-in də nümayəndələri olub. Mənim seçildiyim 38 saylı Gəncə seçki dairəsindən isə bütün müşahidəçilər müsbət təəssüratla gediblər.

Belə görünür ki, M.Pavezi bütün beynəlxalq təşkilatların rəylərinin əleyhinə çıxır. Onun təmsil etdiyi təşkilatın nümayəndələri də seçki prosesində Gəncədə şəxsən mənimlə görüşmüşdülər. Üstəgəl orada exit-poll da var idi. Demək olar ki, exit-pollun da nəticələri dairə seçki komissiyasının nəticələri ilə üst-üstə düşmüşdü. Bəs nə üçün M.Pavezi Azərbaycan parlamentinin fəaliyyətini şübhə altına alır?! Ona görə də, təkrar edirəm ki, M.Pavezi öz fikirlərinə açıqlama versin. Nə deyib və ya nə demək istəyib?!

Dünyada gedən siyasi proseslərə baxsaq görərik ki, inkişafda olan hər bir ölkənin tarixində ziyalı təbəqəsi ölkədə siyasi proseslərin formalaşmasında çox fəal iştirak edib. Bu təbəqə adətən bitərəf olub. Biz bu gün formalaşmış Azərbaycan parlamentində də eyni faktı görə bilərik. Parlamentdə Yeni Azərbaycan Partiyasının nümayəndələri çoxluq təşkil edir, bitərəf deputatlar da çoxdur, eyni zamanda müxalifət partiyalarının nümayəndələri də vardır. Bəs, parlament necə olmalıdır ki! Cənab Pavezi öz aləmində parlamenti necə görmək istəyir?!

Mən belə hesab edirəm ki, bugünkü parlament Azərbaycan reallığını doğru-dürüst əks etdirir. Parlamentdə siyasi mövqeyindən asılı olmayaraq, çox peşəkar, səriştəli, bacarıqlı deputatlarımız, sözünü deməyi bacaran ziyalılarımız vardır. ATƏT nümayəndəsinin dedikləri həqiqətə uyğun deyildir və parlamentin üzvü kimi, mən onun bu fikirlərini rədd edirəm.

Mən Milli Məclisin həm iqtidar, həm bitərəf, həm də müxalifət düşərgəsindən olan deputatlarına üzümü tutub deyirəm: M.Pavezinin bu fikrinə münasibət bildirsinlər. Çünki onun bu fikri Azərbaycan seçicisinə, Azərbaycan parlamentinə, Azərbaycan deputatlarına hörmətsizlikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO