Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti iclasında büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilib

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyada daha bir iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Bəzi deputatlar gündəmdə olan bəzi mövzular barədə fikirlərini açıqlayıblar.

Çıxışlarda qarşıdan gələn 15 iyun tarixinin əlamətdar hadisələrə təsadüf etdiyi qeyd olunub. Həmin tarixdə xalqımızın Qurtuluş Gününün 30 illiyini və Şuşa Bəyannaməsinin imzalanmasının 2 illiyini qürur hissi ilə qeyd edəcəyi bildirilib. Deputatlar Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rolunu vurğulayıblar. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin Qurtuluş Günündə imzalanmasının rəmzi məna daşıdığını, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsinin başlanğıcı olduğunu xüsusi qeyd ediblər. Bildirilib ki, bu gün Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətləri yüksək səviyyədə inkişaf edir. Dövlətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələr mövcuddur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə bu vəzifəyə seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi bunun bariz nümunəsidir.

Müzakirələrdə iyunun 12-də Milli Məclisdə keçirilmiş “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmənin əhəmiyyətindən söhbət açılıb. Bildirilib ki, bu tədbir Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının addım-addım həyata keçirildiyini göstərir.

Deputatlar çıxışlarında seçiciləri narahat edən bir sıra məsələləri də diqqətə çatdırıblar.

Sonra Sahibə Qafarova bugünkü iclasda 14 məsələnin müzakirəyə çıxarıldığını bildirib. Vurğulanıb ki, gündəliyin ilk 3 məsələsi bu ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər iki sənəddə dəyişiklik edilməsi barədə ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş, ikinci oxunuşda olan qanun layihələridir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, sənəddə 2023-cü ildə dövlət büdcə gəlirlərinin 3 milyard 5,5 milyon manat artırılaraq, 33 milyard 779,5 milyon manata, xərclərinin isə 3 milyard 215,5 milyon manat artırılaraq, 36 milyard 568,5 milyon manata, kəsirin isə 210 milyon manat genişləndirilərək, 2 milyard 789,3 milyon manata çatdırılması təklif olunub. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 25,4 faiz olması proqnozlaşdırılıb.

O, artırılan gəlirlərin 52 faizinin qeyri-neft, 48 faizinin isə neft gəlirləri hesabına formalaşacağını qeyd edib. Bildirib ki, Dövlət Vergi Xidmətinin xətti ilə yığılan vergilərin 1 milyard 530 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 924,7 milyon manat artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 457,7 milyon manat artırılması təklif edilir. Təsdiq olunmuş dövlət büdcəsində mövcud olan xərclər arasında aparılması planlaşdırılan yerdəyişmələrin həcmi 1 milyard 122,9 milyon manat təşkil edəcək.

Tahir Mirkişili dövlət büdcəsində aparılan yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərinin yönəlməsi nəzərdə tutulan istiqamətlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma işlərinin sürətləndirilməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 2 milyard 260 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması sahəsində tədbirlərin maliyyələşməsinə 1 milyard 105 milyon manat vəsaitin yönəlməsi planlaşdırılır.

Qeyd olunub ki, bununla yanaşı, bir sıra digər istiqamətlər üzrə də əlavə xərclərə vəsaitin yönəldilməsi təklif olunur.

Komitə sədri bildirib ki, 2023-cü ildə ümumi daxili məhsulun nominal həcminin 111,5 milyard manat, ÜDM-in real artım tempinin 1,8 faiz, orta illik inflyasiyanın 10,4 faiz, xam neftin 1 barelinin orta illik qiymətinin 60 ABŞ dolları olacağı proqnozlaşdırılıb.

Məlumat verilib ki, yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949 milyon, xərcləri isə 41 milyard 214 milyon manat proqnozlaşdırılır.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

Komitə sədri bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərclərinin bərabər olaraq 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata çatdırılması təklif olunur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərclərinin bərabər olaraq 5 milyon manat artırılaraq 217,7 milyon manata çatdırılması nəzərdə tutulub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu qanun layihələri barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

Qanun layihələri ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Əli Məsimli, Vüqar Bayramov, Jalə Əliyeva, Etibar Əliyev, Fəzail Ağamalı, Emin Hacıyev, Bəxtiyar Sadıqov 2023-cü ilin büdcəsinə edilən dəyişiklikləri, xüsusilə seçilmiş prioritetləri müsbət qiymətləndirib, bəzi qeyd və təkliflərini də səsləndiriblər.

İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, qanun layihələri barədə fikirləri açıqlayıb, qaldırılan məsələlərə münasibət bildirib. O, parlamentlə hökumət arasında faydalı əməkdaşlığın və qarşılıqlı anlaşmanın müsbət təcrübəsinin olduğunu qeyd edib. Bildirib ki, deputatların səsləndirdiyi təkliflər hökumət tərəfindən nəzərdən keçiriləcək, onların real maliyyə tutumu öyrənildikdən sonra mərhələli qaydada bəzilərinin növbəti illərin dövlət və icmal büdcələrinin layihələrində büdcə imkanları çərçivəsində baxılması təmin ediləcək.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış edərək, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun dürüstləşmiş büdcəsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Müzakirələrin yekununda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti məsələsinin üçüncü oxunuşda təqdim edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin olduğunu söyləyib.

Komitə sədri Tahir Mirkişili qanun layihəsini təqdim edərək, sənəd barədə birinci və ikinci oxunuşda ətraflı məlumat verildiyini, müzakirələr zamanı qaldırılan məsələlərin geniş şərh edildiyini söyləyib.

O diqqətə çatdırıb ki, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat təşkil edib. Dövlət büdcəsinin xərclərinin icrası isə təsdiq olunmuş 32 milyard 303,8 milyon manat vəsaitin 99,3 faiz səviyyəsində olub. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 311 milyon manat vəsait xərclənib. Hesabat ilində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üçün 2 milyard 418,7 milyon manat vəsait yönəldilib. Qeyd olunub ki, 2022-ci ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 106 milyon manat proqnozla təsdiq olunsa da, faktiki icra 1 milyard 385 milyon manat təşkil edib.

Komitə sədri bildirib ki, 2022-ci il üçün dövlət büdcəsinin icrası ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf və dəstək kursunun ardıcıl olaraq həyata keçirilməsi, strateji dövlət vəzifələrinin yerinə yetirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizlik məsələlərinin həlli, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması və iqtisadiyyatın stimullaşdırılması üçün qarşıya qoyulan hədəflərə çatmaqda lazımi maliyyə təminatı yaradıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova növbəti məsələnin “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. O, qeyd edib ki, beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı olduğuna görə bu qanun layihəsi müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək.

Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, "Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu" 2022-ci il aprelin 22-də imzalanıb. Bu Bank Azərbaycanın da iştirakı ilə 1997-ci ildə təsis edilib.

Qeyd edilib ki, bankın nizamnamə kapitalı ilkin mərhələ olaraq artırılaraq 2,3 milyard avro ekvivalentinə qaldırılıb. Sonradan 2021-ci ilin oktyabrda artırılmış 816,537 milyon avro dəyərində 710,032 ədəd səhmin abunə kapitalında artımı ikinci mərhələ qismində təklif olunub.

Hazırkı sənədə əsasən Azərbaycan tərəfi hər birinin nominal alış qiymətinin dəyəri 1150 avro olan Qara Dəniz Ticarət və İnkişaf Bankının 35 min 680 ədəd səhminə abunə olur və 41 milyon 32 min avro məcmu alış qiymətinin ödənilməsinə razılıq verir. Beləliklə, Azərbaycan QDTİB-ın abunə kapitalının artımına son, qeyd-şərtsiz və qaytarılmayan abunəliyinə qoşulmuş hesab ediləcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva təmsil etdiyi komitənin bu məsələ barədə rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin digər üç məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib. O, növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu, mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edib. O, hər iki sənədin üçüncü oxunuşun tələblərinə cavab verdiyini söyləyib və səsə qoyulmasını xahiş edib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. O, birinci və ikinci oxunuşlar zamanı məsələ barədə ətraflı məlumat verildiyini, əlavə təklif və dəyişikliyin daxil olmadığını söyləyərək, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin qalan 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib. O, növbəti 4 məsələnin - “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, qanun layihəsində nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəslin əlavə edilməsi təklif olunur. Təklif olunan dəyişikliklər insanların həyat və sağlamlığının qorunmasına, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına, avtonəqliyyat vasitələrindən atmosferə daxil olan zərərli maddələrin miqdarının azaldılmasına, avtomobil parkının yenilənməsinə, köhnə və texniki cəhətdən tələblərə cavab verməyən nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasına, bunun nəticəsində yol-nəqliyyat hadisələrinin sayının azaldılmasına, istismara yararsız nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin tərkibindəki təhlükəli və digər tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına, habelə ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına xidmət edəcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov digər iki məsələ - İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrini ikinci oxunuşda diqqətə çatdırıb. O, bu sənədlərdə hər hansı dəyişikliyin olmadığını deyərək, layihələri səsə qoymağı xahiş edib. Qanun layihələrində utilizasiyası ilə bağlı qanunvericilikdə yeni yaranan münasibətlərə görə yeni inzibati qaydaların və xətaların müəyyən edilməsi təklif olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, layihədə təklif edilən dəyişikliklər ölkənin gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqının tutulmasını nəzərdə tutur.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov son 3 məsələ barədə bu komitənin müsbət rəy verdiyini bildirib.

Deputat Vüqar Bayramov fikirlərini və bəzi təkliflərini səsləndirdikdən sonra təqdim edilən 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Dəyişikliyə əsasən, əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim olunmasını təmin etməlidir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin sonuncu məsələsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. O, layihəyə dair hər hansı təklifin daxil olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Sənəddə yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəblərindən biri olan nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, xüsusilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə idarə edilməsinə görə inzibati məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH