Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib YENİLƏNİB

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası parlamentin sədri Oqtay Əsədov açaraq gündəlik barədə məlumat verdi.

Əvvəlcə iclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Siyavuş Novruzov, Zahid Oruc, Aydın Mirzəzadə, Elmira Axundova, Mixail Zabelin, Əhliman Əmiraslanov, Əli Hüseynli, Çingiz Qənizadə, Azay Quliyev ictimai-siyasi hadisələrlə bağlı vacib məsələlərdən, ötən ilin aprel döyüşlərində ordumuzun əldə etdiyi uğurlardan danışdılar.

Sonra iclasda insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı dinlənildi. Milli koordinator, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ötən dövrdə ölkəmizdə insan alveri ilə mübarizə sahəsində görülən işləri diqqətə çatdırdı.

Bildirdi ki, keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 30 faiz çox və ya 147 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib. Keçirilmiş reydlər zamanı ötən il küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib. Onların insan alverinin və məcburi əməyin qurbanı olmaları təsdiqlənməsə də, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onların məktəbdən yayınmalarına şərait yaradan 240 valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Qeyd olundu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 5 uşağın sosial problemləri həll olunub, daha 7 uşaq isə Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki sığınacağa yerləşdirilib.

Diqqətə çatdırıldı ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat əlavə vəsait xərclənib.

Hesabat dövründə “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 15 minə yaxın müraciətin hər biri üzrə qanunla müəyyən edilmiş tədbirlər görülüb.

Ötən dövrdə ölkəmizdə insan alverinə qarşı mübarizədə Baş Prokurorluq, Ombudsman Aparatı, Təhsil, Ədliyyə, Səhiyyə, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və yerli icra hakimiyyəti orqanları yaxından iştirak ediblər.

Ölkəmizdə insan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektivliyi əksər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda yüksək dəyərləndirilib.

Sonra insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı ilə bağlı müzakirələr aparıldı.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlardan Siyavuş Novruzov, Tahir Kərimli, Zahid Oruc, Qənirə Paşayeva sənədlə bağlı fikirlərini bildirdilər.

Müzakirələrdən sonra məlumat səsə qoyularaq nəzərə alındı.

Daha sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə bir sıra beynəlxalq sənədlər təsdiq edildi. Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 2013-cü il 21 noyabr tarixli Sazişin tətbiqinə dair, həmçinin Azərbaycan Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişlər təsdiq edildi.

Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin və Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin birgə bəyanatları da səsə qoyularaq təsdiqləndi.

Millət vəkilləri 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilənin 5-ci maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə sənədləri də səsə qoyaraq təsdiqlədilər. Bildirildi ki, bu beynəlxalq sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin daha da inkişafına xidmət edir.

İclasda “Meliorasiya və irriqasiya haqqında”, “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Veteranlar haqqında”, “Milli arxiv fondu haqqında”, “Təhsil haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Aviasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Dövlət satınalmaları haqqında”, “Dövlət borcu haqqında” qanunlarda, həmçinin Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”də dəyişikliklər edildi.

Deputatlar hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin təqdimatlarından sonra Cinayət, Vergi, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki Prosessual, Mülki və Seçki məcəllələrinə təklif olunan dəyişiklikləri müzakirə etdilər.

Məlumat verildi ki, bu dəyişikliklərin əksəriyyəti digər qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Cinayət Məcəlləsinə isə “Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə” adlı yeni maddə əlavə olunur və İnzibati Xətalar Məcəlləsində də bununla bağlı məsuliyyət müəyyən edilir. Cinayət Məcəlləsinə edilən digər əlavəyə görə isə qanunla müəyyən edilmiş qaydaları pozmaqla torpaq sahələri ayrılmasına, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə vəzifəli şəxslər üçün cinayət məsuliyyəti sərtləşdirilir və bununla bağlı əvvəllər İnzibati Xətalar Məcəlləsində olan 249-cu maddə ləğv edilir.

“Banklar haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə məlumat verən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, bu dəyişikliklər ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması məqsədi daşıyır və İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələr də bu qanuna uyğunlaşdırılır.

Müzakirələrin sonunda Cinayət, Vergi, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki Prosessual, Mülki və Seçki məcəllələrinə təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.

İclasda “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələlər də müzakirə olundu.

“Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verən deputat Rüstəm Xəlilov diqqətə çatdırdı ki, təklif olunan dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların yazılı müraciətləri əsasında 1 iş günü müddətində arayış verəcəklər. Hazırda isə bu müddət 5 gündür.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda dəyişiklik edilməsi barədə isə deputat Malik Həsənov məlumat verdi. Bildirdi ki, layihəyə əsasən, qanunun 13-cü maddəsinə belə bir cümlə əlavə olunur: “Yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”.

Bildirildi ki, bu dəyişikliklər bələdiyyələrin daha şəffaf və operativ fəaliyyət göstərməsinə kömək edəcək. Hər iki qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqləndi.

İclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi də birinci oxunuşda müzakirəyə çıxarıldı.

Layihə barədə məlumat verən regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, 3 fəsildən ibarət olan “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsində peşəkarlıq və fərdi məsuliyyətin artırılması, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, mədəni davranış, qərəzsizlik və digər məsələlər öz əksini tapıb. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Azay Quliyev, Tahir Kərimli, Qənirə Paşayeva, Kamran Bayramov, Siyavuş Novruzov qanun layihəsi barədə fikirlərini bildirdilər.

Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olundu.

Bununla da Milli Məclisin iclası başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib