Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin payız sessiyası başa çatıb

Bakı, 30 dekabr, AZƏRTAC

Dekabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2022-ci ilin payız sessiyasında son iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov dekabrın 24-də ölkə Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü barədə fikirlərini açıqlayıb. O, dövlətimizin başçısının 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi ədaləti bərpa edən Azərbaycanın bu ədaləti Qarabağ münaqişəsinin təsir zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini açıq şəkildə bəyan etdiyini bildirib. Deputat Qərbi Azərbaycan İcmasına verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizədə yaratdığı hərtərəfli şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Əziz Ələkbərov diqqətə çatdırıb ki, İcmanın məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə etnik mənsubiyyətinə görə indiki Ermənistan ərazisindən deportasiya edilən, hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsinə nail olmaqdır.

Müzakirələr zamanı çıxış edən deputatlar Nizami Səfərov, Soltan Məmmədov, Ceyhun Məmmədov, Fazil Mustafa, Aydın Mirzəzadə, Naqif Həmzəyev, Sahib Alıyev, Elşad Mirbəşir oğlu, Səbinə Xasayeva, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı ölkə rəhbərliyini və xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təbrik ediblər, bir sıra aktual məsələlərə toxunublar.

Millət vəkilləri bəzi fransız siyasətçilərin Prezident Makrona açıq məktub ünvanlayaraq, Ermənistanın dırnaqarası təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycana qarşı tədbirlər görülməsi ilə bağlı etdikləri qərəzli təkliflərə münasibət bildiriblər. Qeyd edilib ki, Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin əsassız ittihamlarında beynəlxalq hüququn prinsiplərinə zidd olan fikirlər yer alıb. Fransa hökumətinin və parlamentinin mövqeyinin qəbuledilməz olduğunu deyən deputatlar, bununla Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə töhfə vermək niyyətində olmadığını, regionda gərginlik yaratmağa, sülhün təmin olunması istiqamətində atılan addımlara mane olmağa çalışdığını söyləyiblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 18 məsələ müzakirə olunacaq. Gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında qərar layihəsidir. O, bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 44-cü maddəsinin 4-cü hissəsinə və “Hesablama Palatası haqqında” Qanunun 11.3-cü maddəsinə uyğun olaraq, bu vəzifəyə təyinat Milli Məclis sədrinin təqdimatı əsasında Milli Məclis tərəfindən həyata keçirilir.

Məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb. O, Milli Məclis sədrinin təqdimatı əsasında Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinin komitədə geniş müzakirə olunduğunu bildirib və namizəd barədə məlumat verib.

Tahir Mirkişili Vüqar İbrahimovun bu sahədə böyük təcrübəsini nəzərə alaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Milli Məclis sədrinin təqdimatını müsbət dəyərləndirdiyini söyləyib.

Komitə sədri Siyavuş Novruzov çıxış edərək məsələ barədə fikirlərini bildirib, Hesablama Palatasının fəaliyyətini təqdir edib.

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (II səsvermə) Konstitusiya qanununun layihəsidir. O, qeyd edib ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Biz bu qanun layihəsinə 6 ay öncə birinci səsvermədə münasibət bildirmişik, indi isə ikinci səsvermədə qəbul etməliyik.

Məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, prosedura uyğun olaraq, Konstitusiya qanununun ikinci səsverməsi keçirilməlidir. O, bu mərhələdə heç bir müzakirənin nəzərdə tutulmadığını qeyd edərək, məsələnin səsə qoyulmasını xahiş edib.

Komitə sədri Zahid Oruc fikirlərini diqqətə çatdırdıqdan sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ikinci səsvermədə qəbul edilib.

Sonra Milli Məclisin sədri bildirib ki, növbəti 15 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. Gündəliyin 3-cü məsələsi “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsidir.

Birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə bağlı məlumatında bu qanun layihəsinə ikinci oxunuş zamanı bir əlavənin edildiyini bildirib. Qeyd edib ki, 73-cü maddədə edilən əlavəyə görə, bir oxunuşda qəbul ediləcək sənədlərin siyahısı genişləndirilib.

Deputat Sabir Rüstəmxanlı bəzi fikirlərini səsləndirdikdən sonra Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, məsələ barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verildiyini, deputatların hər iki oxunuşda sənədi dəstəklədiklərini, layihənin mətnində heç bir dəyişiklik və əlavənin edilmədiyini bildirib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə bu komitənin müsbət rəy verdiyini söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, layihəyə daxil olan Vergi Məcəlləsinin mətninə ikinci oxunuşdan sonra dəyişiklik edilib. Dəyişikliyə görə, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə” sözləri əlavə olunur. Vergidən azad olunan kompensasiyalar, müavinətlər və əlavə ödəmələr bu qanunun 21-ci və 23.2-ci maddəsində göstərildiyinə görə, bu cümlənin əlavə olunması qanunun icra mexanizmlərinə aydınlıq gətirəcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 5 məsələsi ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar. Layihələr keçən dəfə olduğu kimi, bu dəfə də ayrılıqda nəzərdən keçiriləcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, layihə barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verildiyini deyərək, FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) yeni standartları və MONEYVAL-ın (Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi) 5-ci qiymətləndirmə raundunun bu sahədə yeni yanaşmanı şərtləndirdiyini bildirib.

Deputat ikinci oxunuşdan sonra həmkarı Tahir Kərimli tərəfindən maddələr üzrə təkliflər olunduğunu, bununla əlaqədar olaraq komitədə Maliyyə Monitorinq Xidmətinin rəisi Zaur Fətizadənin və qurumun departament rəhbəri Azər Abbasovun iştirakı ilə işçi qaydada görüşün keçirildiyini deyib. O, bildirib ki, görüşdə bütün təkliflər müzakirə olunub, bir sıra təkliflər razılaşdırılaraq qanunvericilik təşəbbüsü subyektinə təqdim edilib. Qanunvericilik təşəbbüsü subyekti təkliflərin ikisini qəbul edib. Nəticədə, qanunun 19.4-cü maddəsində cümlənin sonunda “nəzərdə tutulmuş məlumatlarından” sözündən sonra “və sənədləri” sözləri əlavə edilib. Eyni zamanda, 19.5-ci maddədə cümlənin sonunda “bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları” sözlərindən sonra “və sənədləri” sözləri əlavə edilir.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bu komitənin sənədlə bağlı rəyini səsləndirib.

Deputat Razi Nurullayev məsələ barədə fikirlərini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi iki oxunuşda qəbul edilib, hər hansı təklif irəli sürülməyib və mətndə heç bir dəyişiklik edilməyib. Qanun layihəsi FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlanıb.

Deputat Kamal Cəfərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu komitənin sənəd barədə rəylərini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. Bildirib ki, bu layihə əvvəlki iki məsələ ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakterli dəyişiklikləri özündə ehtiva edir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov məsələ barədə bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra deputat Kamal Cəfərov Mülki Prosessual Məcəllədə və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, bildirib ki, bu məsələ gündəliyin 5, 6 və 7-ci məsələlərində ehtiva olunan yeni münasibətlərin prosessual əsaslarını müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Kamal Cəfərov Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini də təqdim edib. O, dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və sənədə dair hər hansı təklifin daxil olmadığını deyib.

Deputat Nizami Səfərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə rəhbərlik etdiyi komitənin məsələ ilə bağlı müsbət rəylərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, məsələ ilə bağlı ikinci oxunuşda digər təkliflərin daxil olmadığını bildirib və onun üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin dövlət qulluğunun inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını deyib. Diqqətə çatdırıb ki, layihə iki oxunuşda qəbul edilib və təqdim olunan mətndə heç bir dəyişiklik olunmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra deputat Nizami Səfərov "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihədə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməsi məsələləri öz əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

O, bildirib ki, layihə "Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar hazırlanıb. Bununla bağlı adları çəkilən qanunlarda qida və ərzaq məhsullarının dövriyyəsinə dair lazım olan sənədlər və tələb olunan rüsumların təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub. Qanun layihəsi bu sahədə olan keyfiyyət göstəricilərinin artırılmasına, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə yönəlib.

Komitə sədri qeyd edib ki, ikinci oxunuşdan sonra komitənin təklifi ilə qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılmaqla qanunların sırasında olan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 31-ci maddəsində dəyişiklik edilib. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, əvvəlki variantdan fərqli olaraq, 31.2-ci maddədə ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına dair məlumatlar ayda deyil, ildə bir dəfə veriləcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin üzvü Azər Badamov bu komitələrin sənəd barədə rəylərini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, qanun layihəsinə ikinci oxunuşda plenar iclasda və üçüncü oxunuşda komitədə heç bir əlavə və dəyişikliyin edilmədiyini, komitənin sənədə dair müsbət rəy verdiyini bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bildirib ki, qanuna təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Komitə sədri sənəd barədə iki oxunuşda ətraflı məlumat verildiyini deyərək, layihəni dəstəkləməyi xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən danışıb. O, bildirib ki, sənədə dair əlavə və dəyişiklik təklif edilməyib, komitənin layihə ilə bağlı rəyi müsbətdir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, deyib ki, təklif olunan dəyişikliklər pensiyaçıların sosial rifahını qorumaq məqsədi daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ənənəyə uyğun olaraq, hər il Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Milli Məclis dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza və həmvətənlərimizə müraciət qəbul edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin Müraciəti ilə bağlıdır. Spiker müraciətin mətninin hazırlandığını bildirib və onu təqdim etmək üçün deputat Anar Məmmədova söz verib.

İclasda deputat Anar Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətini oxuyub.

Parlamentin komitə sədri Qənirə Paşayeva, deputatlardan Razi Nurullayev, Musa Qasımlı, Fatma Yıldırım məsələ ilə bağlı fikirlərini açıqlayıblar, qeyd və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti səsə qoyularaq qəbul edilib.

Milli Məclisin payız sessiyasının son iclasına yekun vuran Sahibə Qafarova payız sessiyası və il ərzində görülmüş işlər haqqında məlumat verib. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Sessiyada parlamentin 19 iclası keçirilib, 206 qanun və qərar qəbul edilib. Ümumiyyətlə, 2022-ci ildə 37 plenar iclas olub, 320 qanun və qərar layihəsinə baxılıb.

Qeyd olunub ki, bu il 42 xarici dövlətin və 14 beynəlxalq təşkilatın 100-ə qədər nümayəndəsi və təmsilçisi Milli Məclisdə olub. Azərbaycan parlamenti beynəlxalq təşkilatların xətti ilə 4 böyük tədbirə ev sahibliyi edib.

İclasda Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktublarının ünvanlanması ilə bağlı təklif qəbul edilib.

Sonda parlamentin sədri Milli Məclisin 2022-ci il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək