Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Sahibə Qafarova Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etdiyini xatırladıb. Bildirilib ki, Prezidentin bu çıxışı Cənubi Qafqazda yaranmış yeni reallıqların dünyanın əsas beynəlxalq platformasından təqdim edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Bildirilib ki, Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına, infrastrukturun inkişafına böyük diqqət yetirilib. Azərbaycan döyüş meydanında qələbəni davamlı inkişaf layihəsinə çevirməyi bacaran bir dövlət modeli kimi təqdim edilib.

Milli Məclisin sədri qeyd edib ki, ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilib. Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox-çox kənara çıxır, Avropanın və Asiyanın təhlükəsizliyinə və tərəqqisinə təsir göstərir.

Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərin müzakirəsinə başlanılıb.

Müzakirələrdə çıxış edən deputatlar payız sessiyası ərəfəsində ölkəmiz üçün bir sıra mühüm əhəmiyyətə malik hadisələrin baş verdiyini söyləyiblər. Diqqətə çatdırılıb ki, məhz Azərbaycanın səyləri nəticəsində cari il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda üçtərəfli görüş keçirilib, Birgə Bəyanat imzalanıb, Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin razılaşdırılmış mətni paraflanıb. Bunun Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə yönəlmiş önəmli addım olduğu vurğulanaraq, ABŞ-ın regionda sülhün təmin edilməsinə töhfə verməsi müsbət dəyərləndirilib. Habelə, ATƏT-in Minsk qrupunun və onunla bağlı strukturların 1 sentyabr tarixindən bağlanmasına dair qərarın qəbul olunması xüsusi qeyd edilib.

Deputatlar, eyni zamanda, sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının açılış mərasimində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakını, onların şəhid övladları ilə səmimi görüşünü, onlara göstərdikləri diqqət və qayğını yüksək qiymətləndiriblər.

Çıxışlarda, habelə deputatların tətil zamanı seçicilərlə keçirdikləri görüşlər, onların qaldırdıqları məsələlərin həlli istiqamətində görülən işlər, digər aktual mövzular barədə söhbət açılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 12 məsələ daxildir. O qeyd edib ki, ilk iki məsələ Milli Məclisin qərar layihələridir. Sədr birinci məsələnin 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı olduğunu söyləyib.

Milli Məclisin sədri bildirib ki, beş il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlıq tariximizə yeni şanlı səhifələr yazıblar. 8 noyabr Zəfəri sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü bərpa olunub. 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı nəticəsində isə Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilib.

Əldə edilən tarixi qələbələr bir daha göstərir ki, milli maraqlar təkcə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə deyil, həm də xalqın şərəfi, ləyaqəti və tarixi yaddaşı ilə bağlı olan bir anlayışdır.

Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz unudulmur və heç zaman unudulmayacaq.

İclasda Anım Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatının mətnini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oxuyub.

Sonra Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxış edərək Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi Zəfərin tariximizin ən parlaq səhifələrindən olduğunu deyib. Bu qələbənin qazanılmasında Prezidentin rəhbərliyi ilə aparılan düzgün siyasətin, xalqımızın öz torpaqlarının bütövlüyü uğrunda göstərdiyi qətiyyətin, Azərbaycan Ordusunun nümayiş etdirdiyi rəşadətin mühüm amillər olduğunu vurğulayıb. O, hazırda dövlətimizin gündəliyini sülh mövzusunun təşkil etdiyini və bunun üçün lazım olan əsasların mövcud olduğunu bildirib.

27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri qeyd edib ki, hər növbəti sessiyanın birinci iclasında parlamentin qanunvericilik işləri planı qəbul olunur. O, bildirib ki, gündəliyin ikinci məsələsi payız sessiyasının qanunvericilik işləri planı haqqındadır və nəzərə çatdırıb ki, qanunvericilik işləri planı 8 bənddən ibarətdir.

Məsələ ətrafında müzakirələrdə çıxış edənlər payız sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar. Deputatlar sənədin məqsədəmüvafiq olduğunu söyləyiblər, planda qeyd olunan qanun layihələrinin əhəmiyyətindən danışıblar, bir sıra təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiq edilib.

Sahibə Qafarova növbəti məsələnin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (II səsvermə) olduğunu deyib. O, nəzərə çatdırıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu qanun layihəsinə 6 ay öncə - fevralın 28-də birinci səsvermədə münasibət bildirildiyini, indi isə onun ikinci səsverməyə çıxarıldığını söyləyib.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. O, diqqətə çatdırıb ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, layihədə adı çəkilən qanunun müvafiq maddəsində "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif edilir.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə rəhbərlik etdiyi komitənin rəyini söylədikdən sonra, qanun layihəsi II səsvermədə qəbul edilib.

Milli Məclisin sədri növbəti 6 məsələnin beynəlxalq sazişlərin və digər sənədlərin təsdiq edilməsi, bir məsələnin isə səfirliyin təsis edilməsi ilə bağlı olduğunu söyləyib. O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, həmin qanun layihələrinin bir oxunuşda qəbul ediləcəyini bildirib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında” qanun layihəsini təqdim edib. Qeyd olunub ki, qanun layihəsi Azərbaycan Respublikasının "Ozon qatının mühafizəsi haqqında" Monreal Protokoluna XXVIII/1 Qərarı ilə qəbul olunmuş Kiqali Düzəlişinə qoşulmasını nəzərdə tutur. Bu sənəd qlobal səviyyədə ozon qatının qorunması ilə yanaşı, istixana effekti yaradan qazların azaldılmasına da xidmət edir.

İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” qanun layihəsini təqdim edib. O, bildirib ki, "Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsi" 11 dekabr 1953-cü il tarixində Roma şəhərində təsdiq edilib. Sənəd preambuladan və 19 maddədən ibarətdir. Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasına üzvlük BMT üzvü olan və müvafiq formada bu Nizamnaməni qəbul edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa Üzv Dövlətləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransında üzv kimi iştirak edən və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən xidmət göstərilən dövlətlər və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzv dövlətləri üçün açıqdır.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini nəzərə çatdırıb.

Sazişə əsasən, ərazisində fövqəladə vəziyyət yaranmış tərəf dövlətlər bir-birinə yardım üçün sorğu ilə müraciət etdikləri halda, sənəddə öz əksini tapmış müvafiq şərtlər daxilində, tərəf dövlətlərin epidemiya əleyhinə ixtisaslaşmış briqadaları cəlb edilə bilərlər. Tərəflər öz qanunvericiliklərinə uyğun olaraq fövqəladə vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması məqsədilə yardım edən tərəfin epidemiya əleyhinə ixtisaslaşmış briqadaları, avadanlıq və sərfiyyat materiallarının sorğu göndərən tərəf dövlətin ərazisinə maneəsiz tranzitini təmin edirlər.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsinə dair məlumatı təqdim edib.

O, nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Hökuməti adından səlahiyyətli orqan kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) arasında 2025-ci il iyunun 25-də Cenevrədə və iyulun 11-də Bakıda "Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş" imzalanıb. Bu Saziş Azərbaycan Respublikasının sözügedən beynəlxalq tədbirə ev sahibliyini rəsmən təsdiq edir və konfransın təşkili və maliyyələşdirilməsi, tədbir üçün zəruri infrastrukturun təmin olunması, iştirakçıların təhlükəsizliyinin və rahatlığının təmin edilməsi, eləcə də beynəlxalq prosedurların sadələşdirilməsi ilə bağlı əsas müddəaları özündə əks etdirir.

Sonra deputat Zaur Şükürov növbəti məsələni – “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib.

O, bildirib ki, İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildə İllik Toplantılarının Azərbaycanda keçirilməsi barədə qərar İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası tərəfindən 2025-ci il mayın 22-də qəbul edilib. Həmin gün Əlcəzair şəhərində, Azərbaycan Respublikasının Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum 2026-cı il 16-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək İllik Toplantıların təşkili ilə bağlı ev sahibi ölkənin öhdəliklərini müəyyən edir. Burada tədbirin keçirilməsi üçün zəruri təşkilati-texniki və logistika təminatları, təhlükəsizlik və protokol məsələləri, iştirakçıların akkreditasiyası və digər əlaqədar prosedurlar nəzərdə tutulur.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, konvensiya 1998-ci il 10 sentyabr tarixində Rotterdam şəhərində imzalanıb və sənəd dövlətlər arasında təhlükəli kimyəvi maddələrin və pestisidlərin idxalı və ixracı ilə bağlı məlumat mübadiləsini təmin etmək, onların istifadəsi nəticəsində yarana biləcək risklərin azaldılmasına nail olmaq, insan sağlamlığını və ətraf mühitin qorunmasını gücləndirmək məqsədini daşıyır.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədlər barədə rəhbərlik etdikləri komitələrin müsbət rəylərini açıqladıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Gündəliyin növbəti məsələsini - Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan-Bəhreyn münasibətlərinin tarixi və əhəmiyyəti barədə fikirlərini səsləndirib, qanun layihəsinin qəbulunun iki dövlət arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.

Gündəliyin on birinci məsələsi olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, sənəd həbs edilmiş, müəyyən müddətdə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə göstərilən tibbi xidmətlərin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Belə ki, təklif olunan dəyişikliklərə əsasən, sözügedən qanunun 15-2.1-ci maddəsinə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər əlavə olunub.

Ə.Əmiraslanov diqqətə çatdırıb ki, qeyd edilmiş kateqoriyaya aid olan şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, Xidmətlər Zərfində onlara göstəriləcək tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən olunacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Layihədə Qaradağ Sənaye Parkının rezidenti olan Bakı Gəmiqayırma Zavoduna verilən güzəşt və azadolmaların müddətinin 2025-ci ildə başa çatması nəzərə alınaraq, sözügedən müddətin uzadılması təklif olunub. Belə ki, layihədə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan mənfəət, əmlak və torpaq vergisindən azadolma müddəti, eyni zamanda malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti 2030-cu ilədək uzadılır.

Komitə sədri Azər Əmiraslanov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial, və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO