Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 39 məsələyə baxılıb

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü olduğunu bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanıb. Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından siyasətə, iqtisadiyyata, hərb işinə, tarixə, mədəniyyətə, başqa sahələrə dərindən bələdlik tələb olunur. Bütün bu xüsusiyyətlərlə yanaşı, Prezident İlham Əliyev Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə də malikdir.

Sahibə Qafarova vurğulayıb ki, İlham Əliyev Azərbaycanın Müzəffər rəhbəridir. Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması ölkəmizin inkişaf tarixində yeni mərhələ açıb, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib.

Parlamentin sədri bildirib ki, ölkəmizin xoşbəxt gələcəyi bu gün Prezident İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. O, Prezidentin rəhbərliyi ilə Azərbaycanın qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Sonra Sahibə Qafarova təklif edib ki, doğum günü münasibətilə Prezident İlham Əliyevə Milli Məclis adından təbrik məktubu ünvanlayaq. Ona Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində yeni böyük uğurlar arzulayaq.

Parlamentin sədrinin təklifi alqışlarla qarşılanıb.

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən komitə sədri Zahid Oruc, deputatlardan Razi Nurullayev, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Sahib Alıyev, Fazil Mustafa, Elman Nəsirov, Vahid Əhmədov, Əli Məsimli, Azay Quliyev Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevə ünvanladığı təbrikə qoşulublar, dövlət başçısına Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar diləyiblər.

Deputatlar rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimizin qeyri-qanuni istismar olunmasına etiraz ediblər, Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəalların rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qeyri-qanuni istismar olunan mədənlərə dövlət qurumlarımızın baxış keçirmək tələbini dəstəkləyiblər, həmçinin dünyada və ölkədə baş verən aktual hadisələrə, ölkə vətəndaşlarını maraqlandıran məsələlərə münasibətlərini bildiriblər.

Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 39 məsələ daxil edilib. Diqqətə çatdırıb ki, birinci 7 məsələ Prezidentin təqdimatı ilə yuxarı instansiya məhkəmələrinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihələridir. Məsələlər məzmun və mahiyyətcə bir-birinə yaxın olduğu üçün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, həmçinin Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov məsələlərlə bağlı ümumi məlumat verib.

Deputat Nizami Səfərov bildirib ki, gündəliyin ilk 7 məsələsi - Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında Milli Məclisin qərar layihələridir.

Azərbaycanda həyata keçirilən hüquqi islahatların mühüm tərkib hissəsinin qanunun aliliyi prinsipinə əsaslanan müasir məhkəmə sisteminin formalaşdırılması olduğunu deyən Nizami Səfərov bu istiqamətdə həyata keçirilən fundamental dəyişikliklərdən söz açıb. O, bu genişmiqyaslı islahatlarda müasir tələblərə cavab verən hakim korpusunun formalaşdırılması istiqamətində atılan addımları vurğulayaraq, hakimlərin seçilməsi, qiymətləndirilməsi kimi proseslərdə qanunçuluğa və şəffaflığa yüksək səviyyədə riayət olunmasına diqqət çəkib. Hazırkı hakim korpusunun 80 faizini məhz bu yeni üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil etdiyini vurğulayan Nizami Səfərov bu gün müzakirəyə təqdim olunan qərar layihələrini məhkəmə korpusunun peşəkar hakimlərlə möhkəmləndirilməsi istiqamətində mühüm sənədlər kimi dəyərləndirib, deputatları qərar layihələrinə səs verməyə çağırıb.

Qərar layihələrinin müzakirələrində komitə sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Razi Nurullayev, Etibar Əliyev, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Hikmət Məmmədov və Erkin Qədirli məsələlərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən və təyin olunan hakimləri təbrik edib, ədalət mühakiməsinin həyata keçirilməsində onlara uğurlar arzulayıb. Eyni zamanda, deputatların qaldırdıqları məsələlərə diqqətlə yanaşmağı və tövsiyələrini nəzərə almağı xahiş edib.

Sonra Sahibə Qafarovq gündəliyin 8-ci məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edib.

Layihə barədə məlumat verən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, 15 maddədən ibarət “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Saziş 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb. Sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitəsinin layihə ilə bağlı müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri bildirib ki, gündəliyin növbəti 9 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. Gündəliyin 9-cu və 10-cu məsələləri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Milli Məclisin sədri hər iki məsələ barədə ümumi məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə təqdim edib.

Komitə sədri Tahir Mirkişili bildirib ki, “Valyuta tənzimi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) valyuta əməliyyatlarının aparılmasının təkmilləşdirilməsi məqsədilə vahid informasiya sisteminin yaradılmasını özündə ehtiva edir, “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) isə bu informasiya sisteminə məlumatların daxil edilməsi və onlardan istifadə olunması ilə bağlı qaydaları özündə əks etdirir və ikinci oxunuşdan sonra mətndə hər hansı bir dəyişiklik aparılmayıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə təklif olunan uyğunlaşdırma xarakterli dəyişikliyə bu komitənin müsbət rəy verdiyini bildirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin 11-ci məsələsi olan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, layihə işğaldan azad olunmuş ərazilərin rezidentləri tərəfindən siyahısı təsdiq edilmiş fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

12-ci məsələ - “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. O, bildirib ki, layihə ilə bağlı heç bir təklif daxil olmayıb və sənədi olduğu kimi səsə qoymağı təklif edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra 13-cü və 14-cü məsələləri müzakirəyə çıxaran Sahibə Qafarova bildirib ki, İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələri Prezidentin bir məktubu ilə parlamentə daxil olub.

Qanun layihələri haqqında məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov diqqətə çatdırıb ki, layihələrin əvvəlki oxunuşlarında hər hansı bir irad və təklif bildirilməyib, deputatlardan sənədləri üçüncü oxunuşda da dəstəkləmələrini xahiş edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bir-biri ilə bağlı olan növbəti qanun layihələri - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib. O, sənədlərlə bağlı əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini, hər iki qanun layihəsinə dair təklif və iradın daxil olmadığını söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə çıxarıb və sənəd haqqında məlumat üçün sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə təqdim edib.

O, bildirib ki, bu məsələ ilə bağlı təkliflər daxil olmayıb və qanun layihəsinin üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı komitəsinin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bununla da üçüncü oxunuşda olan qanun layihələrinin başa çatdığını, növbəti 15 məsələnin isə ikinci oxunuşda olan qanun layihələri olduğunu bildirib və gündəliyin 18-ci məsələsi olan "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib.

Əli Hüseynli Ali Məhkəmənin yubiley medalının təsisi barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, qanun layihəsinin gələn ilin fevralında Ali Məhkəmənin 100 illiyinin tamam olması ilə bağlı hazırlandığını bildirib.

Deputat Fazil Mustafanın məsələ ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Parlamentin sədri diqqətə çatdırıb ki, növbəti beş məsələ ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olan qanun layihələridir və onlar mahiyyətcə bir-birinə bağlıdır. O, qeyd edib ki, qanun layihələrinin həcmi böyük olduğundan və onlar ikinci oxunuşun tələblərinə uyğun olaraq maddələr üzrə müzakirə olunacaqlarına görə həmin sənədlər ayrı-ayrılıqda nəzərdən keçiriləcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, bildirib ki, layihə FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) yeni standartları və MONEYVAL-ın (Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi) 5-ci qiymətləndirmə qanunu ilə əlaqədar olaraq hazırlanıb.

6 fəsil, 25 maddədən ibarət olan qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov rəhbərlik etdiyi komitənin məsələ ilə bağlı rəyini səsləndirərək, sənədin bugünkü tələblərə cavab verdiyini söyləyib.

Deputatlar Tahir Kərimli və Sabir Rüstəmxanlı bəzi qeyd də təkliflərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, layihə terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının və maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir. Qeyd edib ki, layihənin 5.1-ci maddəsində qanunvericilik subyekti ilə razılaşdırılmış texniki dəyişiklik edilib. Mətndə olan “həmin şəxslərə” sözləri “həmin maddədə göstərilən şəxslərə” sözləri ilə əvəz edilib.

Deputatlar Kamal Cəfərov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Vüqar Bayramov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sənəd barədə rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə məlumat verib. Bildirib ki, bu layihə əvvəlki iki məsələ ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakterli dəyişiklikləri özündə ehtiva edir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov məsələ barədə bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Mülki Prosessual Məcəllədə və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsini də nəzərə çatdırıb. O, sənədə dair hər hansı əlavə təklifin olmadığını söyləyib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Kamal Cəfərov Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edərək, layihə ilə bağlı hər hansı təklifin daxil olmadığını deyib.

Deputatlar Nizami Səfərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, Vüqar Bayramov isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən məsələ ilə bağlı verilən müsbət rəyləri səsləndiriblər.

Deputat Tahir Kərimli bəzi qeydlərini açıqlayandan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Sənədə əsasən, texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyiciləri texnologiyalar parkının rezidenti statusunu əldə edirlər və bununla əlaqədar olaraq bəzi vergi güzəştlərindən istifadə edirlər. Dəyişikliklərdə həmin sahədə işləyən fiziki şəxslərə gəlir vergisi güzəştlərinin tətbiqi, bu sahədə sahibkarlıqla məşğul olan fiziki şəxslərin əldə etdikləri gəlirlərin gəlir vergisindən, hüquqi şəxslərin isə mənfəət vergisindən azad edilməsi, bu sahədə fəaliyyət göstərən şəxslər tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində verginin tutulmaması, bu şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmaların şamil edilməsi nəzərdə tutulub.

Deputatlar Vüqar Bayramov və Sabir Rüstəmxanlı fikirlərinin bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, bu məsələ Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədardır. Layihəyə əsasən, iş icazəsinin alınması tələb olunmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dairəsinə texnologiyalar parkının rezidenti və həmin rezident tərəfindən ölkə ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər əlavə olunur. Buna uyğun olaraq, həmin şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə əlaqədar bu komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, layihədə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada idxal edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının gömrük rüsumlarından azad olma müddətinin həmin rezidentin qeyd olunan parklarda qeydiyyata alındığı tarixdən 3 il artırılaraq 10 il müəyyən edilməsi nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə danışıb. Bildirib ki, sənəddə texnologiyalar parkında müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi, həmçinin sahibkarlıq subyektlərinin və yüksəkixtisaslı peşəkar muzdlu işçi qüvvəsinin bu sahəyə axınının təmin edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində güzəştlərin verilməsi ilə bağlı dəyişikliklər təklif olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ barədə bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Tahir Mirkişili Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Bildirib ki, layihə "Qida təhlükəsizliyi haqqında" Qanunun icrası ilə əlaqədar hazırlanıb. Bununla bağlı adları çəkilən qanunlarda qida və ərzaq məhsullarının dövriyyəsinə dair lazım olan sənədlər və tələb olunan rüsumların təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub. Qanun layihəsi bu sahədə olan keyfiyyət göstəricilərinin artırılmasına, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə yönəlib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sənədlə bağlı bu komitələrin rəylərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Sənəddə elektrik şəbəkəsinə qoşulmanın prinsip və şərtlərinin tənzimlənməsi, qoşulma qaydası müəyyən edilərkən istehlakçı kateqoriyasının, alınan enerjinin həcminin və tikinti obyektinin statusunun nəzərə alınması, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və əlavə güc alması qaydasının, qoşulma xidmətinə görə ödənişin məbləğinin müəyyən edilməsinə dair metodologiya ilə bağlı hüquqi əsasın yaradılması və şəffaflığın təmin edilməsi, sifarişçi ilə elektrik şəbəkəsi arasında qoşulma müqaviləsinin imzalanması ilə əlaqədar məsələlər öz əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrindən bəhs edib. Bildirib ki, hər iki layihədə gömrük orqanları tərəfindən sahibkarların bəyan etdiyi məhsulun gömrük dəyərinin müəyyən edilməsinin beynəlxalq standartlara və Nazirlər Kabinetinin qaydalarına uyğun olması, eyni zamanda, sahibkar və gömrük orqanı arasında kommunikasiyanın 24 saat ərzində başa çatması ilə bağlı öhdəlik müəyyən edilib. Təklif olunan dəyişikliklər ölkədə sahibkarlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, qanuna təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Layihə sığorta stajının təsdiq edilməsi, əmək pensiyasının təyin olunması üçün müraciət, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ilə bağlı prosedurların tənzimlənməsinin Qanunun 5.3-cü maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun həyata keçirilməsini nəzərdə tutur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin digər 7 məsələsi birinci oxunuşda olan qanun layihələridir. S.Qafarova diqqətə çatdırıb ki, növbəti məsələ "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) Konstitusiya qanununun layihəsidir. O, qeyd edib ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur və bu gün birinci səsvermənin birinci oxunuşudur.

Bu məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, sənəd normayaratma prosesinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərə əsasən, normativ-hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq olaraq Milli Məclis və Prezident tərəfindən təsdiq edilən qaydalarla müəyyən edilməsi təklif olunur.

Eyni zamanda, layihədə normativ-hüquqi aktın layihəsinin razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi qaydalarının təkmilləşdirilməsi də təklif edilir.

Sənəddə, həmçinin Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilən və ya onlar ləğv edilən zaman, hər 10 ildən bir həmin hüquqi aktların mətnində mötərizədə dəyişiklik və ya ləğv edilən hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək cild kimi qeyd edilməsi təklif olunur.

Layihə ilə bağlı çıxış edən deputat Qüdrət Həsənquliyev təklif olunan dəyişikliklərin mütərəqqi olduğunu söyləyib və bəzi qeydlərini səsləndirib. Komitə sədri Əli Hüseynli qaldırılan məsələyə aydınlıq gətirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, sənəddə Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin, onların ailə üzvlərinin diplomatik nümayəndəlik və konsulluqların yerləşdiyi ölkələrin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün onların əməkhaqlarının artırılması, onlara əlavə müavinətlərin ödənilməsi məqsədilə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ ilə bağlı qeyd edib ki, layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşlarının Xarici İşlər Nazirliyində hazırda saxlanılan 50 faiz əməkhaqları ləğv olunur və onlara vahid dövlət məvacibi hesablanır. Diplomatik xidmət orqanı əməkdaşlarının xidmət keçdikləri diplomatik nümayəndəliyin və ya konsulluğun hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq, onların tutduqları vəzifə üzrə eyni dövlət məvacibi müəyyən olunur və həmin dövlət məvacibindən qanunvericiliklə müəyyən edilmiş qaydada vergi, sosial sığorta və digər icbari ödənişlər tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin rəyini təqdim edərək bildirib ki, qanun layihəsi həm beynəlxalq standartları özündə ehtiva etmək, həm də daha konkret məvacib sistemi qurmaq baxımından vacib sənəddir. Qeyd edib ki, təklif olunan dəyişikliklər diplomatların maddi rifah halının yaxşılaşdırılmasına imkan yaradacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, əsasnaməyə görə, “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər. Sənəddə medalın ümumi təsviri, elementləri, təltif edən orqan, taxılma qaydası barədə məlumatlar öz əksini tapıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri bildirib ki, gündəliyin növbəti iki - 36-cı və 37-ci məsələləri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub, ancaq bu qanun layihələrində müxtəlif məsələlər tənzimlənir. S.Qafarova 36-cı məsələ - Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat vermək üçün sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərova təqdim edib.

Nizami Səfərov bildirib ki, həm Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"da, həm də bu strategiyanın icrası üzrə Fəaliyyət Planında Dövlət Qulluğunu İdarəetmə Şurasının dövlət qulluğu sahəsinin inkişafında daha aktiv rol oynamasının təmin edilməsi hədəfi xüsusi olaraq vurğulanıb. Bu baxımdan, layihə əsasən texniki xarakter daşısa da, Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malikdir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 37-ci məsələsi olan "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında da Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. O, diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub. Bu məqsədlə, layihədə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanuna dəyişikliklər və 21-1-ci - “Etik davranış üzrə müvəkkil” adlı maddə əlavə olunmaqla dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsisi məsələləri öz əksini tapıb.

Deputatlar Elşad Mirbəşir oğlu, Sabir Rüstəmxanlı, Aydın Hüseynov və Etibar Əliyev məsələ ilə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.

Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov növbəti məsələ - “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd mahiyyətcə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-cü maddəsində də hakim vəzifəsinə namizədlər üçün tələblərdə yaş senzinin ləğvi təklif olunub. Bundan başqa, “qüvvədə olan qanunvericiliyə əsasən, hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar və bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə əsasən, birinci instansiya məhkəməsinin hakimi işləmiş şəxsin yuxarı instansiya məhkəməsinə təyin olunmasına dair qərar qəbul oluna bilər. Bununla əlaqədar olaraq, “Məhkəmələr və hakimlər haqqında” Qanunda “5 il” sözlərinin “3 il” sözləri ilə əvəz edilməsi, eləcə də “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 64.4-cü maddəsinə əsasən, “bir qayda olaraq” sözlərinin çıxarılması təklif olunur.

Sənədin müzakirəsində deputatlar Razi Nurullayev və Qüdrət Həsənquliyev çıxış edərək məsələ ilə bağlı fikirlərini, qeydlərini səsləndiriblər.

Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti ilə bağlı məlumat verib. Diqqətə çatdırıb ki, layihə "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 13 may 2022-ci il tarixli Qanuna uyğunlaşdırılma məqsədilə hazırlanıb.

Belə ki, qanunun Anlayışlar maddəsinin 1.0.4-cü bəndində əks olunan “internat tipli ümumtəhsil müəssisələri” anlayışı və onun təsnifatı verilir. Həmin anlayışın yeni redaksiyada mənası - sutkalıq əsasda fəaliyyət göstərən və ayrı-ayrı kateqoriyadan olan təhsilalanlar üçün müvafiq təhsil proqramları əsasında təhsil prosesinin həyata keçirildiyi ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi kimi təqdim olunur. Komitə sədri qeyd edib ki, dəyişiklik vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsini, təhsilin əlçatanlığını təmin edəcək.

Deputatlar Etibar Əliyev, Sədaqət Vəliyeva, Müşfiq Cəfərov məsələ barədə fikirlərini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Şəkidə Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə rəsm sərgisi açılıb

Türkiyənin iki universitetində azərbaycanlı tələbə və müəllimlərlə görüşlər keçirilib

İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub

Tramp Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti ilə görüşəcək

ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dəyərində silah satacaq

Seçenov Universitetində Azərbaycan ilə Rusiya arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Solyarinin zərərləri hansılardır? VİDEO

Solyarinin zərərləri hansılardır? VİDEO

Bakıda keçirilən “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ilk günü başa çatıb VİDEO

Bakıda keçirilən “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ilk günü başa çatıb VİDEO

Çətin həyat şəraitində yaşayanlar üçün sosial xidmətlər tamamilə ödənişsiz olacaq VİDEO

Çətin həyat şəraitində yaşayanlar üçün sosial xidmətlər tamamilə ödənişsiz olacaq VİDEO

ABŞ və Səudiyyə Ərəbistanı arasında strateji iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

PKK-nın ləğvi həm tarixi, həm də son dərəcə ciddi hadisədir VİDEO

PKK-nın ləğvi həm tarixi, həm də son dərəcə ciddi hadisədir VİDEO

İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilir

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ADPU-da olub

Azərbaycan müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb

Bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Macarıstanın dünyaşöhrətli yazıçısı Şandor Lejakın kitablarının təqdimatı olub

“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İşğaldan azad edilmiş Qarabağda yeni dövr başlayıb, Böyük Qayıdış uğurla reallaşır ŞƏRH

ADPU-da “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb

İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir

Faiq Həsənovun “Şahmat klubu” verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb

Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib

Akademik Telman Əliyevin 90 illik yubileyi qeyd olunub

Budəfəki hərracda dövlət əmlakı olan 68 nəqliyyat vasitəsi satılıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycanın nümayəndə heyəti “Vindzor Kral Atçılıq Şousu - 2025 ”də yenidən təmsil olunacaq

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub   YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub  YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb

Şuşa ziyalısı: Prezidentin şəhərimizə hər səfəri mühüm hadisələrlə yadda qalır

Ali Attestasiya Komissiyasının sədri: Son 5 ildə 1094 nəfərə elmi dərəcə və ad verilməsindən imtina edilib

Aleksandar Vuçiç: Serbiyanın Aİ-yə üzvlüyü əsas məqsədimizdir

Zəngilan könüllüsü: “Qayıdış Könüllüləri” mənim üçün dəyər yaratmağın və dəyər qazanmağın yoludur - MÜSAHİBƏ

Stokholm sakinlərinin iqtisadi əhvali-ruhiyyəsi zəifləyir

Türkiyə Prezidenti Ankarada NATO-nun Baş katibini qəbul edib

Sahibsizlikdən sahiblik mərhələsinə - Ağdamda dirçələn torpaq, dirilən xalq ŞƏRH

Kopenhagen müzakirələri: Bakı İqlim Birliyi Paktı impulsuna əsaslanan Tərəflər COP30-un uğurlu nəticəsinin təmin edilməsini müzakirə ediblər

BDU-da “102 ilin işığı: Heydər Əliyev irsi və gələcəyə baxış” adlı tədbir keçirilib

“Qonağınız müəllimlərinizdir” layihəsi bu dəfə Qəbələdə reallaşıb

“Üç kitabın bir təqdimatı” - unudulmaz qələm sahiblərinə ədəbiyyat abidəsi

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub

Azərbaycan və Gürcüstan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Cənubi Koreyada anbarda yanğın: 178 nəfər təxliyə edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutularaq Türkmənistana ekstradisiya edilib

Şandor Lejak: Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir

Bakıda ÜPİ ilə İKTA arasında poçt qanunvericiliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Türkiyə və Şimali Kipr nümayəndələri UNEC-də qonaq olublar

Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib

Xəzər rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib

Türk dünyası ərazisinin davamlı inkişafına dair kitab nəşr edilib

AMEA-nın Nadir ağaclar parkı gələcəkdə elmi-təcrübi baza rolunu oynayacaq

“Bakıdan Belenə” Yol xəritəsi COP30-da təqdim ediləcək

Naxçıvan Dövlət Universitetində Macarıstanın dünyaşöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejakla görüş olub

Türkiyəli məşhur voleybolçu Rusiya klubundan ayrılıb

Şair-qəzəlxanın 75 illik yubileyinə həsr olunmuş gecə - “Hələ də gec deyil”

Eramızdan əvvəl XII yüzillikdən bu günədək... - Azərbaycan Təbabəti Muzeyindən REPORTAJ  VİDEO

Eramızdan əvvəl XII yüzillikdən bu günədək... - Azərbaycan Təbabəti Muzeyindən REPORTAJ VİDEO

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərkosmos” Dubayda keçirilən sərgidə Heydər Əliyev Mərkəzi üslubunda stendlə təmsil olunur

“Springer Nature” nəşriyyatının vitse-prezidenti BMU-da təqdimatla çıxış edib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Somalili nazir: İqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq və ədalət təmin olunmalıdır

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

TÜRKSOY-un Baş katibi: Naxçıvanın rolu Türk dünyası üçün çox önəmlidir

Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilib  YENİLƏNİB  VİDEO

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilib YENİLƏNİB VİDEO

“Almaniya Krallığı” təşkilatı qadağan edilib

Baş prokuror Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

BDU ilə Türkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

Ankarada əməyin mühafizəsi üzrə mütəxəssislərimiz üçün təlim təşkil edilib

Karlo Ançelotti: Dörd ildə 11 titul, bu, öz sözünü deyir

Energetika nazirinin müavini Özbəkistan Enerji Həftəsində iştirak edib

Nazir müavini: Azərbaycan kənd təsərrüfatı sahəsi üzrə beynəlxalq konvensiyalara və protokollara uyğun fəaliyyət göstərir

Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik rayonunda qastrol səfərində olub

Etna vulkanı yenidən oyanıb

“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

ADAU-da elmi-nəzəri konfrans: “Ulu Öndər Heydər Əliyev irsi xalqımızın milli sərvətidir”

“İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları”nın təsdiq edilməsi və “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Startap yolunda ilk addım: Gənclər hakatonda bacarıqlarını nümayiş etdirirlər

Gürcüstanlı nazir: COP29-da qəbul edilən qərarlar yeni investisiya imkanlarının formalaşmasına şərait yaradır

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

İkinci cəhd magistraturaya qəbul imtahanında qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlar üzrə nəticələr açıqlanıb

ADNSU iqlim dəyişikliklərinə qarşı qlobal akademik şəbəkəyə qoşulub

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

“Real Madrid”in akademiyasında olan azərbaycanlı məşqçi: İspaniyaya səfər mənim üçün böyük təcrübə oldu

BDU-da “Gənclik həftəsi-3” keçirilir

İtaliyanın Kampi Fleqrey şəhərində 4,4 bal gücündə zəlzələ olub

AzMİU-da “Construction and Incubation” layihəsi çərçivəsində hakaton yarışması keçirilir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq forumda iştirak edib

“Honda” şirkətinin illik mənfəəti 24,5 faiz azalıb

Çin Latın Amerikası ölkələrinə 9 milyard dollarlıq yeni kredit xətti açır

“Real Madrid” yayda iki yeni müdafiəçi almağı planlaşdırır

BDU ilə Qərbi Azərbaycan İcması birgə məqalə müsabiqəsi keçirir

Macarıstan Formula 1 Qran-Prisinə ciddi hazırlaşır

Abbas Abbasov: Fransa hökuməti Korsikanın milli kimliyini və dilini qəbul etmək istəmir

BANM-in rektoru strateji hədəflərin icrası ilə bağlı İdarə Heyəti ilə görüşüb