Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb

Bakı, 8 fevral, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Parlamentinin mənzil-qərargahında bu təşkilatın Prezidenti Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycan parlament nümayəndə heyətini salamlayan Əl-Asumi bu görüşün münasibətlərimizin daha da genişlənməsinə mühüm töhfə verəcəyini söyləyib. O, rəhbərlik etdiyi təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirərək, Azərbaycanın bu əməkdaşlıq platformasına uğurlu sədrliyini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan Parlament Şəbəkəsinin yaradılması və institusional inkişafı üçün böyük işlər görür.

Ərəb Parlamentinin prezidenti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin həm Madriddə keçirilən təsis yığıncağında, həm də birinci Bakı konfransında iştirakını xatırladaraq deyib ki, hər iki tədbir yüksək səviyyədə təşkil olunub. O, həmçinin qeyd edib ki, Ərəb Parlamenti beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət göstərir.

Əl-Asumini yenidən Ərəb Parlamentinin Prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edən spiker Sahibə Qafarova ona və rəhbərlik etdiyi təşkilata uğurlar arzulayıb.

Ərəb Parlamentinin Prezidenti ilə həm Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin tədbirləri, həm də digər beynəlxalq parlament təşkilatlarının tədbirləri çərçivəsində görüşlərini xatırladan spiker Sahibə Qafarova, bu görüşlərdə aparılan müzakirələrin faydalı olduğunu bildirib.

Azərbaycan Milli Məclisinin Ərəb Parlamentinə üzv olan parlamentlərin bir çoxu ilə yaxşı münasibətləri olduğunu söyləyən spiker Sahibə Qafarova, onun Misir Ərəb Respublikasına hazırkı rəsmi səfərinin də bunun göstəricisi olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, bu təşkilata üzv olan ölkələrin parlamentləri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin də üzvləridir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabrında Madriddə təsis olunub. 2022-ci il iyunun 30-dan iyulun 1-dək isə Bakıda 1-ci Konfransı keçirilib. Əl-Asuminin hər iki konfransda iştirakına görə təşəkkürünü bildirən Sahibə Qafarova onu şəbəkənin martın 13-də Bəhreynin paytaxtı Manamada keçiriləcək növbəti konfransa dəvət edib. Milli Məclisin sədri hazırda ikinci konfransa hazırlıq məqsədilə görülən işlər barədə də məlumat verib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi digər beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığı genişləndirir. Onun sözlərinə görə, bu gün belə əməkdaşlıq üçün geniş imkanlar var. Çünki sülh, təhlükəsizlik, davamlı inkişaf, həmrəylik, dialoq bizlərin fəaliyyətinin əsasında dayanan prinsiplərdir. Bütün bu təşkilatlar eyni məqsədlərə xidmət edirlər.

Spiker Sahibə Qafarova Ərəb Parlamentinin yanvarın 22-də keçirilmiş plenar iclasında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə müşahidəçi statusunun verilməsi barədə qərarın qəbul olunmasını yüksək qiymətləndirib. Bununla da bu əməkdaşlıq platformasının müşahidəçi statusu əldə etdiyi beynəlxalq parlament təşkilatlarının sayı artıq 3-ə çatıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir.

Görüşdə Milli Məclisin sədri Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılması, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və torpaqlarımızın işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun illər icra olunmaması, 2020-ci ildə isə 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Qələbə sayəsində Azərbaycanın öz gücü hesabına bu qətnamələrin həyata keçirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yaranmış yeni reallıq, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə başlanması, Ermənistanın sülhün əldə olunmasının qarşısını almaq üçün törətdiyi təxribatlar, Azərbaycan ərazilərinə Ermənistan tərəfindən minaların basdırılması barədə geniş məlumat verib. Spiker diqqətə çatdırıb ki, işğal dövründə Azərbaycanın bütün şəhər və rayonları, yaşayış məntəqələri, infrastrukturla yanaşı, tarixi, mədəni abidələr, dini abidələr və məscidlər də tamamilə dağıdılıb. Azərbaycanın məscidləri təhqirə məruz qalıb ki, bu da sadəcə xalqımıza qarşı deyil, bütün İslam dünyasına qarşı təhqirdir.

Milli Məclisin sədri görüşdə həmçinin cari il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib. O bildirib ki, bu terror hücumu nəticəsində səfirliyimizin bir əməkdaşı həlak olub, iki əməkdaşı isə yaralanıb. Biz bunu terror aktı kimi qiymətləndiririk və hadisənin ədalətli araşdırılmasını, cinayətkarların layiqli cəza almasını tələb edirik.

Görüşün sonunda Ərəb Parlamenti ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu sənədin imzalanması əlaqələrimizin institusionallaşdırılması baxımından çox əhəmiyyətlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub