Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli mətbuatın 150 illiyi münasibətilə AZAL Mersin və Adanaya mediatur təşkil edib

Bakı, 22 iyul, Vüsal Nəbiyev, AZƏRTAC

AZAL Milli mətbuatın 150 illiyi münasibətilə 10-13 iyul tarixlərində Türkiyənin Adana və Mersin şəhərlərinə mediatur təşkil edib. Qardaş ölkəyə olan aviamarşrutlara yenisini əlavə edən Azərbaycanın milli aviadaşıyıcısı bu iki şəhərlə yanaşı, ətraf bölgələrə olan səyahətlərin rahat təşkili üçün 15 iyundan etibarən Çukurova Beynəlxalq Hava Limanına müntəzəm reyslər həyata keçirməyə başlayıb. Hazırda Çukurova Beynəlxalq Hava Limanına uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetirilir. İndi isə keçək mediatura...

Aralıq dənizinin sahilində yerləşən Mersin şəhəri dəniz və qızmar günəşi sevənlər üçün əla seçimdir. Əslində, Bakının istisinə dözə bilməyən sakinlər əminəm ki, mənim kimi Mersin istisi ilə tanış olandan sonra paytaxtımızın hazırkı hərarətinə şükür edəcəklər. Məsələ burasındadır ki, Mersinə xas istini görəndən sonra artıq bir neçə gündür xəbərlərdə izlədiyim havanın temperaturunun 40-41 dərəcə olacağı ilə bağlı məlumat məni qətiyyən narahat etmir. 3 gün ərzində günəş qızıl saçlarını necə üzərimizə sərmişdisə artıq onunla dostlaşmışdım. Təbii ki, sadaladıqlarım səfərlərini Mersin və Adana istiqamətində planlaşdıranları qorxutmaq üçün deyil, məqsədim daha çox günəşli günləri və dənizi sevənlərin gözlərində oranı canlandırmaqdır.

Yolumuz Mersinə...

Çukurova Beynəlxalq Hava Limanından avtobusla şəhərə yollanarkən yolboyu bizi kənd təsərrüfatı ilə məşğul olan əhalinin bağları, istixanaları müşayiət edir. Artıq şəhərə yaxınlaşdıqca isə müasir urbanizasiyanın şahidi oluruq. Aralıq dənizinin sahilində, Toros dağlarının ətəklərində önəmli liman şəhəri olan Mersinə çatmaq üçün kifayət qədər rahat infrastruktura yaxın gələcəkdə sürətli dəmir yolu da əlavə olunacaq. Hazırda sürətlə inşası icra olunan dəmir yolu marşrutu ilə gələcəkdə səfər edərkən çox gözəl dəniz mənzərəsinin də turistlərin gözləri önündə canlanacağı bəlli olur.

Daha çox tarixi ilə dillər dastanı olan Mersin barədə eramızdan əvvəl 7000-ci ildən danışılanda ilk başlanğıcda mənə qəribə gəlmişdi. Bələdçi danışarkən sanki mifə qulaq asırmışam kimi dinlədiyim məlumatları canlı görəndən sonra o bölgənin keçmişdə hansı hadisələrə şahidlik etməsini başa düşmək elə də çətin olmadı.

Səfərin ilk günü Silifkeyə səyahətlə başlayır. Bura Mersin şəhərinin Aralıq dənizi sahilində yerləşən ən böyük rayonlarından biridir. Tarixi özəlliyi ilə məşhurlaşan Silifkenin daha çox hissəsi dağlıq ərazidir. Yolboyu getdikcə sol tərəfimiz çimərlik və mavi dəniz, sağımız isə dağlar və “Kanlı divane”, həmçinin “Cənnət” – “Cəhənnəm” çökəkliyinə aparan boz, hazırda təmir işləri aparılan yollar idi.

Rəvayətə görə, keçmişdə cinayətkar və ya təqsiri olan şəxslər “Kanlı divane”də yerləşən çuxura atılaraq bu ərazidə olan aslanlara yem edilirmiş. Buranın tarixi isə eramızdan əvvəl III əsrə qədər keçmişi olan Olba krallığına qədər uzanır. Çökəkliyin diametri çox böyük olduğundan bura müqəddəs yer kimi qəbul olunub və dini mərkəz olub. Elə ona görə Bizans dövrü də daxil olmaqla burada olan krallıq və dövlətlər müxtəlif vaxtlarda kilsələr inşa ediblər. Hazırda bu ərazidə yalnız kilsələrin qalıqları qalıb.

“Kanlı divane” gəzintisini başa vurduqdan sonra, “Buradan “Cənnət” – “Cəhənnəm”ə gedirik” - deyən bələdçinin simasını diqqətlə izləyirdim ki, bizi nə gözlədiyini təxmin edim. Amma bunları deyərkən Əmir abi elə soyuqqanlı idi ki, oranı görmək daha çox diqqətimi çəkdi. Beləliklə, yollandıq antik dövrün daha bir təbiət əsəri “Cənnət” – “Cəhənnəm” çökəkliklərinə.

“Cənnət” – “Cəhənnəm” çökəklikləri

İlk öncə onu deyim ki, yeraltı suların min illər boyunca yuyub, aşındırdığı torpaq qatının çökməsi nəticəsində ortaya çıxan bu oyuqlar da qədim dövrdə müqəddəs sayılırdı. Əraziyə daxil olarkən, “İlk öncə “Cəhənnəm”dən başlayın!” məlumatlandırıcı lövhəsi ilə qarşılaşan media nümayəndələri “Cənnəti” görmək eşqi ilə gəlmişdisə çarəsiz tövsiyələrə əməl etmək məcburiyyətində qaldı. Çünki ilk “Cənnət”dən başlasaydıq, yolların müxtəlifliyi səbəbindən “Cəhənnəm”i görməyimiz mümkün olmayacaqdı. Həm də həmkarlarımın çoxu fikirləşirdi ki, elə birinci “Cəhənnəm”i görüb “Cənnət”ə yollanmaq daha yaxşıdır, nəinki əksi. Bu düşüncə bir çoxumuz üçün al günün şəfəqləri altında “Cəhənnəm”ə yollanmaq üçün motivasiya oldu.

Qədim yunan mifologiyasına görə, burada tanrıların döyüşü olub. Belə ki, Tifon ilə Zevs arasında uzun zaman davam edən döyüşdən sonra Zevs qalib olur və Tifonu “Cəhənnəm” çökəkliyinə həbs edir. Çökəkliyin kənarları içəriyə doğru bükük olduğu üçün dərinliyə getmək mümkün deyildi, yalnız kənardan seyr etdik. Lakin çökəkliyin vahiməsi ora səfər edən turistlərin bir neçəsini həyəcanlandırırdı. Buradan isə “Cənnət” çökəkliyinə yola düşəndə hərə xəyalında bir mənzərə təsəvvür etsə də, reallıq tamam başqa idi.

Həm isti hava, həm də çökəkliyə aparan uzun-uzadı pilləkənlər mətbuat nümayəndələrini əldən salmışdı. Lakin “Cənnəti” görmək həvəsi bu çətinliyə qalib gəlirdi. Beləliklə, “Cənnət”ə çatdıq. 450 pilləkəndən (iri qaya daşlarından hazırlanmış) ibarət olan “Cənnət” çökəkliyi mağarasının orta hissəsində (300-cü pilləkən) “Məryəm ana” kilsəsi və cənub tərəfdə Zevs məbədi yer alır.

Qızmar hava və çöllük ərazini keçdikdən sonra bura gəldikdə niyə “Cənnət” çökəkliyi deyildiyi anlaşılır. Belə ki, çökəklikdə daha dərinə endikcə artıq buranın havası sərinləyir, hətta daha dərinlərdə insan üşüyürdü. Bir az burada nəfəs dərdikdən sonra geri qayıtmaq vaxtı çatır. Hər gözəlliyin bir sonu olduğu kimi sərin, sakit “Cənnət” çuxurunu tərk etmək məcburiyyətində qalırıq. Artıq geri qayıtmaq üçün düşdüyümüz pilləkənləri çıxmaq vaxtı idi. Yaxşı ki, geri qayıdış yolunun yarısında lift var, yoxsa bu “Cənnət” biz jurnalistlər üçün cəhənnəmə çevriləcəkdi. Pilləkənləri qalxdıqca isə yalnız bunu düşünürəm - “əgər insanların dedikləri “Cənnət” budursa, gör Allahın insanlara müqəddəs kitablarında vəd etdiyi cənnət necə gözəldir?”.

Pilləkənləri düşüb-qalxdıqca isə müşahidə etdiyim bir şey var idi: Bura hər kəs gəlirdi - “Cənnət”i görmək üçün uşaq, cavan, qoca, gəzə bilən, yeriməyə çətinlik çəkən hər kəs...

Qızmar günəşli Adana

Mediatur çərçivəsində növbəti səfərimiz Türkiyənin 5-ci ən böyük şəhəri olan Adanaya baş tutdu. Bu şəhər yayda isti, qışda mülayim havası ilə yanaşı, kababı, şalğam suyu və dəliqanlı gəncləri ilə məşhurdur. Adananın relyef olaraq yarısı dağlıq ərazi olsa da, şəhər Seyhan çayı üzərində yerləşir. Gəzintimizin ilk dayanacağı “Daş” körpüdür.

Roma imperiyası dövründə tikilən “Daş” körpü dünyanın ən qədim körpülərindən biridir. 300 metr uzunluğa malik körpü XX əsrin ortalarına qədər Seyhan çayının digər sahilinə keçmək üçün avtobusların da istifadəsində olub. Lakin indi yalnız piyadalar istifadə edirlər.

Böyüklüyü və tarixi baxımından Adananın görməli yerlərindən biri də “Ulu camii” məscididir. İnşası 28 ilə tamamlanan məscid Məmlük dövləti, Səlcuqlu və Osmanlı imperiyalarına məxsus memarlıq üslubunun xüsusiyyətlərini özündə daşıyır.

Şəhərin özünəməxsus, zəngin mətbəxi olsa da ən sevimliləri “Adana” kababıdır. İlk növbədə onu deyim ki, biz daxil olduğumuz restoranlarda kondisionerin soyutduğu zal axtararkən, yerli sakinlər rahatlıqla kondisioneri olmayan masalarda əyləşirdilər. Digər maraqlı məqam burasındadır ki, adanalılar havanın yüksək temperaturuna o qədər öyrəşiblər ki, isti kababı 2 cür acı bibərlə yeyirlər. Ümumiyyətlə masa arxasında əyləşib verilən istənilən yemək sifarişinin yanında həm təzə acı bibər, həm də turşusu servis olunur.

Onu da qeyd edim ki, mediatur çərçivəsində mətbuat nümayəndələri üçün təlim də keçirildi. AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov və ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva səfər iştirakçılarına AZAL-ın strukturu, aviaşirkətin fəaliyyətinin özəllikləri, həmçinin turizm jurnalistikası barədə məlumat verdilər, turizm jurnalistikasının özünəməxusus tərəfləri barədə jurnalistlərlə ətraflı fikir mübadiləsi aparıldı.

Qardaşlıq bağları...

Artıq dillər əzbəri olan, hər zaman qardaş olmağımızı simvolizə edən “Bir millət, iki dövlət” ifadəsini əməli olaraq bu şəhərlərdə, xüsusilə Adanada daha qabarıq görmək insana ayrıca xoş təsir bağışlayır. Bələdçinin klassik Azərbaycan mədəniyyətini bilməsi, nağd pulu olmamasına rəğmən isti olduğu üçün pulsuz təklif edilən sərin içkilər, adanalıların “qardaşlarımızın başımızın üstündə yeri var”, hataylının gülümsəyərək “biz onsuz da eyni danışırıq”, satıcının məhsul verərkən “sən türkcə məndən daha yaxşı danışırsan”, – demələri insanı bu şəhərlərdə özünü qərib hiss etməsinə qətiyyən yol vermir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir