Milli Observatoriya Birləşmiş Krallıqda keçirilən müsabiqədə ali mükafata layiq görülüb
Bakı, 14 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Birləşmiş Krallığın “Global Brands Magazine” jurnalının “Global Brand Awards” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Observatoriyanın şəffaf sorğu prosesi, etibarlı təhlil nümunələri münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.
Beləliklə, xidmət keyfiyyəti meyarları üzrə seçilərək müsabiqənin “Public Sector & Government Awards” kateqoriyasında qalib elan edilən Observatoriya “Sosial rifah və müdafiə sahəsində ən yaxşı dövlət qurumu” ali mükafatına layiq görülüb.
Qurumun adı həmin beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblər siyahısına daxil edilib.
Qeyd edək ki, müsabiqədə Milli Observatoriya ilə yanaşı, ABŞ, Yaponiya, İspaniya, BƏƏ, Avstraliya, Kanada, Almaniya, Meksika, Oman və digər ölkələrin dövlət və özəl qurumları təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]