Milli Olimpiya Komitəsində jurnalistlər arasında şahmat turniri keçirilib
Bakı, 1 oktyabr, S.Allahverdiyeva, AZƏRTAC
Oktyabrın 1-də Milli Olimpiya Komitəsində jurnalistlər arasında şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Olimpiya hərəkətı jurnalistlərin diqqət mərkəzində” devizi altında keçirilən yarışda 33 jurnalist iştirak edib.
İsveçrə sistemi üzrə 7 turdan ibarət təşkil olunan yarışın iştirakçılarına, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşları Ramiz Quliyevə və Samirə Allahverdiyevaya sertifikatlar təqdim edilib.
İdman ustalığına namizəd İslam Mahmudovun idarə etdiyi yarışda qaliblər mükafatlandırılıb.