MİLLİ PARKDA BƏDBƏXT HADİSƏ
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli parkda 1981-ci il təvəllüdlü Xumar Əlizadə və qızı, 1 yaşlı Nəzrin yelləncəkdən yıxılmışlar.
Onlar xəstəxanaya yerləşdirilmiş, X.Əlizadə orada keçinmiş, Nəzrinin vəziyyəti isə qənaətbəxşdir.