Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qəhrəman Albert Aqarunovun qardaşı: “Biz fəxr edirik ki, Azərbaycan xalqı Alberti unutmur”

Milli Qəhrəman Albert Aqarunovun qardaşı: “Biz fəxr edirik ki, Azərbaycan xalqı Alberti unutmur”

Bakı, 12 sentyabr, AZƏRTAC 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinə ilk rəsmi səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ailəsi ilə, qəhrəmanın qardaşı Rantik Aqarunovla görüşüb.

AZƏRTAC xəbər verir ki, Zakir Həsənov görüşdə çıxış edib. Nazir deyib: “Albert Aqarunov iki qardaş xalqın əsl qəhrəmanıdır, biz onun rəşadətini və igidliyini heç vaxt unutmayacağıq. 1991-ci il oktyabrın 9-da Azərbaycan Milli Ordusu yaradıldı və Albert könüllü olaraq bu orduda xidmət etməyə başladı. Albert Aqarunovun doğma Vətən torpağını necə fədakarcasına və qəhrəmanlıqla qorumasını xatırlayırıq. 1992-ci il ayın 8-də o, Şuşa ətrafında sonuncu döyüşə getdi. Az sonra Aqarunovun heyəti düşmənin ikinci tankını vurdu. Aqarunov mövqeyi dəyişərkən öz tankının düz qabağında həlak olmuş alay yoldaşlarının cəsədlərini gördü. Həmin anda o, nə özü haqqında fikirləşirdi, nə də bu addımın ona necə baha başa gələ biləcəyini düşünürdü. O, yalnız Ermənistan tərəfindən başlanmış müharibənin qurbanları olan belə gənclər və öldürülmüş oğullarının heç olmasa cəsədlərini almaq istəyən analar haqqında fikirləşirdi. Albert həlak olanların yanına qədər qaçaraq onları döyüş meydanından çıxarmağa başladı və elə həmin anda özü erməni snayperinin gülləsinə tuş gəldi. Albert onu öz doğma oğlu kimi böyüdüb boya-başa çatdırmış Azərbaycanı çox sevirdi. 23 yaşlı Albert qısa, lakin şərəfli və igid həyat sürdü. Azərbaycanda onu sevirlər və xatirəsini həmişə ehtiramla yad edirlər. O, əsl qəhrəman, xalqımızın rəşadət nümunəsidir. Biz onun xatirəsini həmişə hörmətlə yad edəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq”.

Azərbaycanın Milli Qəhrəmanının qardaşı Rantik Aqarunov Albert Aqarunovun xatirəsinə və onun ailəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib. Rantik Aqarunov deyib: “Mən hər il Albertin doğum günündə Bakıya gəlirəm və görürəm ki, Azərbaycan xalqı mənim qardaşımı unutmur. O, gənc nəsil üçün qürur obyekti və nümunə kimi qalır. Bu yaxınlarda Bakıda Albertin oxuduğu məktəbdə ona abidə qoyulub. Çox şadam ki, bu gün mənim qardaşım Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq rəmzlərindən biridir. Biz fəxr edirik ki, Azərbaycan xalqı və Azərbaycan ordusu Alberti unutmur. 2016-cı ilin aprel ayında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində başlanmış qısamüddətli müharibə dövründə biz Azərbaycan üçün çox həyəcan keçirirdik. Biz, əslən Azərbaycandan olanlar Azərbaycanın haqq işini müdafiə etmək üçün batalyon yaradaraq könüllülər kimi orduya getməyə hazır idik, axı mənim qardaşımın məzarı bu ölkənin torpağındadır. Lakin biz Azərbaycan ordusunun erməni təxribatının qarşısını almaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasının, separatçıları geri çəkilməyə məcbur edərək Azərbaycanın işğal olunmuş torpaqlarının bir hissəsini xilas etməsinin şahidi olduq. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Bu ordu öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi və biz buna görə çox fəxr edirik!”

Görüşün iştirakçısı - İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycanın müdafiə nazirinə Albert Aqarunovun ailəsi ilə görüşdüyünə görə təşəkkür edib və Azərbaycan müdafiə nazirinin İsrailə ilk rəsmi səfərinin tarixi əhəmiyyətini qeyd edib. İsrailli ekspert deyib: “Sizin bu səfəriniz bir daha nümayiş etdirir ki, iki dövlət arasında siyasi-diplomatik dialoq, bir sıra istiqamətlər üzrə əməkdaşlıq ən yüksək etimad səviyyəsindədir. İsrail dövləti 25 il bundan əvvəl Cənubi Qafqazda strateji seçim edib. Bu seçim Azərbaycana düşdü və bütün göstəricilər üzrə birmənalı olaraq düzgün seçimdir. Biz, əslən Azərbaycandan olan, hazırda İsraildə yaşayanlar ölkələrimizin strateji tərəfdaşlığı faktına görə qürur duyuruq. Heç kəs üçün gizli deyil ki, həm Azərbaycan, həm də İsrail mürəkkəb geosiyasi regionda yerləşir və bu iki dövlət arasında əməkdaşlıq qarşılıqlı faydalı olmaqla onun böyük gələcəyi var. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir. Bu, birmənalı şəkildə belədir və burada presedentlər yoxdur. Heç bir ölkə onun işğal olunmasına dözməyəcək və Azərbaycan da istisna deyil. Mənim fikrimcə, bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi olduqca vacib və zəruridir. İsrail həmişə və hər yerdə Azərbaycanın yanında duracaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO