Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli qolfçularımızın əsas hədəfi Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməkdir

Quba, 7 fevral, AZƏRTAC

Dünyada elitar idman növü sayılan qolf ölkəmizdə son bir neçə ildə populyarlaşmağa başlayıb. Azərbaycan Qolf Federasiyası cəmi iki ildir ki, təsis olunmasına baxmayaraq bu qısa müddətdə dünya qolfsevərlərinin diqqətini ölkəmizə yönəltməyi bacarıb. 2014-cü ilin iyul-avqust aylarında Qubadakı Azərbaycan Milli Qolf Klubunda keçirilən beynəlxalq turnirdə dünyanın müxtəlif ölkələrindən 150-dən çox tanınmış idmançı qüvvəsini sınayıb. Federasiya 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək komanda formalaşdırmaq  əzmindədir.

Qolfun Azərbaycanda populyarlaşması, milli qolfçuların yetişdirilməsi və qarşıya qoyulan digər məqsədlərə çatmaq üçün görülən işlərlə bağlı sualları Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova AZƏRTAC-a eksklüziv müsahibəsində cavablandırır.

- Nigar xanım, bildiyiniz kimi,  Azərbaycan Qolf Federasiyası cəmi iki ildir fəaliyyət göstərir. Amma ölkəmizdə qolf  idman növünün inkişafına, keçirilən yarışlara nəzər saldıqda bu işlərə rəhbərlik  edən  federasiyanın  daha təcrübəli əlaqələndirici qurum olması təəssüratı yaranır. Bu, doğrudan belədir, yoxsa ilk baxışdan belə görünür? Ümumiyyətlə, federasiya Azərbaycan üçün yeni idman növü sayılan qolfun populyarlaşması, əgər belə demək mümkündürsə, onun ölkəmizdə həyat tərzinin tərkib hissələrindən birinə  çevrilməsi üçün hansı addımları atır?

- Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, cəmi iki ildir ki, fəaliyyət göstərən Azərbaycan Qolf Federasiyası ölkəmiz üçün yeni idman növü sayılan qolfun populyarlaşması məqsədilə bütün mümkün addımları atıbdır. Ölkəmizdə qolfun sıfırdan yarandığını nəzərə alsaq Azərbaycan Qolf Federasiyasının qısa müddət ərzində böyük uğurlara imza atdığını görərik. Qubada yaradılan Azərbaycan Milli Qolf Klubunda 2014-cü il iyunun 7-də ölkəmizin tarixində ilk dəfə olaraq qolf üzrə ümummilli lider Heydər Əliyevin  xatirəsinə həsr olunmuş turnir təşkil edilib. Əgər xatırlayırsınızsa, bu turnirə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçular qatılmışdılar.

Turnirdə iştirak edən oyunçuların ödəniş etdiyi qeydiyyat haqları isə xeyriyyə məqsədi üçün sərf olunub. Həmin vəsaitə əlil arabaları alınaraq “DAN” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin ofisində ehtiyacı olan əlillərə təqdim edilib.

Fəaliyyətimizdə İlk addım olan bu turnirdən başlayaraq ölkəmiz qolf üzrə daha böyük, genişmiqyaslı yarışlara ev sahibliyi edir. 2014-cü il iyulun 30 -dan avqustun 3-dək Azərbaycanda ilk dəfə beynəlxalq səviyyədə çox mötəbər qolf statusunu qazanmış “Challenge Tour” yarışı keçirildi. Bu mötəbər Beynəlxalq turnir də Quba şəhərindəki Azərbaycan Milli Qolf Klubunda təşkil edildi. Turnirə dünyanın müxtəlif ölkələrindən 150-dən çox tanınmış qolfçu qatıldı. Bununla yanaşı, Azərbaycan Qolf Federasiyasında “Pricewaterhouse” şirkəti tərəfindən təsis olunan “After six” elitar biznes klubunun təqdimatı da keçirilib.

- Hər bir idman növünün inkişafı üçün yüksək səviyyəli maddi-texniki bazanın mövcud olması vacibdir. Azərbaycanda milli qolfçuların yetişdirilməsi üçün hansı məşq bazaları mövcuddur?

- Azərbaycanda milli qolfçuların yetişdirilməsi üçün qısa bir müddətdə, yuxarıda qeyd etdiyim kimi,  ilk dəfə olaraq Qubada Azərbaycan Milli Qolf Klubu, Bakı şəhərində isə Azərbaycan Qolf Federasiyasının nəzdində Azərbaycan Qolf Akademiyası yaradılıb. Akademiyanın ərazisinə 2 qolf simulyator otağı daxildir. Qolfsevərlər üçün bu simulyatorlar vasitəsilə 150 dən artıq virtual qolf meydançasında oynamaq imkanı mövcuddur. Həmin qolf meydançalarının sırasında Qubadakı qolf sahəsi də var. Hazırda Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni Qolf Klubu və Yeni Akademiya meydançası  da inşa olunur.

- Məlum olduğu kimi, qolfun sirlərini yerli idmançılara öyrətmək üçün ölkəmizə beynəlxalq səviyyəli əcnəbi məşqçilər dəvət edilib. Onların fəaliyyəti sizi qane edirmi?

- Bəli, qane edir. Azərbaycan Qolf Akademiyasının baş məşqçisi Spenser Li Henderson başda olmaqla yerli məşqçilərimiz Bakı şəhərindəki məktəblərdə “SNAG-Start New at Golf” programını tədris edirlər. Hazırda  bu  məşqçilər “Flames Golf” proqramını uğurla  həyata keçirirlər.

- İndi vəziyyət fərqli olsa da, şübhəsiz,  qolf ölkəmizdə populyarlaşandan sonra çox sayda uşaqlar, yeniyetmələr bu idman növü ilə məşğul olmaq istəyəcəklər. Uşaqları qolfa cəlb etmək, eyni zamanda, müxtəlif yaş və sosial təbəqələrə məxsus insanların özlərini bu idmanda  sınamaları üçün hansı işlər görülür?

- Azərbaycan Qolf Federasiyası ölkəmizdə yeni idman növü olan qolfa uşaqları cəlb etmək üçün 2015-ci ilin yanvar ayından möhtəşəm “Flames Golf” layihəsini həyata keçirməyə başlayıb. Proqramın məqsədi qolfu məktəblilər arasında populyarlaşdırmaq, ölkəmizdə gənclər və yeniyetmələrdən ibarət yığma komandaların yaradılması üçün qolfçuların seçilməsi və tədrisidir. Qolfsevərlərin nəzərinə çatdırım ki, fevralın 28-də azyaşlılar üçün “Açıq qapı” -Qolf günü keçiriləcək.  Bununla yanaşı, qolfun qısa zamanda insanlara əyləncəli və maarifləndirici şəkildə maksimum təqdim edilməsi üçün  Bakı məktəblərində “SNAG” proqramı həyata keçirilir. “SNAG” müxtəlif yaş və sosial təbəqələrə məxsus insanların özlərini qolfda sınamalarına imkan verən yeganə layihədir və bu proqramlar çərçivəsində  birinci məşqlər pulsuzdur.

-Cari ildə Azərbaycan Qolf Federasiyası tərəfindən hansısa respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi nəzərdə tutulubmu?

- Bu il əsas qüvvəmizi uşaqlara və yeniyetmələrə yönəldəcəyik. 2015-ci ildə uşaqlar və yeniyetmələr arasında daha çox yarışlar, oyunlar və tədbirlər keçirilməsi nəzərdə tutulub.

-  Deyə bilərsinizmi, Azərbaycan qolfçuları hansı yarışlarda təmsil olunurlar?

- Qolfçularımız İngiltərə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və bir sıra digər ölkələrdə həvəskarlar arasında təşkil edilən yarışlarda ölkəmizi təmsil edirlər. Bununla yanaşı, “Challenge Tour” və Avropa Qolf Assosiasiyasının dəstək verdiyi professional turnirlərdə də təmsil olunuruq.

- Bəs azərbaycanlı qolfçuların növbəti Olimpiya Oyunlarında iştirak etmək imkanlarını necə qiymətləndirirsiniz?

-Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, qarşımızda duran əsas məqsədlərdən biri də 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında Vətənimizi təmsil edəcək komandanın formalaşdırılmasını təmin etməkdir. Buna görə də Azərbaycan Qolf Federasiyası yeniyetmələrdən ibarət milli komandanın və Olimpiya yığmasının yaradılması istiqamətində fəal işlər görür. Bunun üçün peşəkar məşqçilər və mütəxəssislər cəlb edilib. İnanırıq ki, bu sahədə apardığımız işlər səmərəli olacaq və qısa müddətdə Azərbaycanda qolf idmanı üzrə tanınmış simalar yetişdiriləcək.

Elxan Yusifli

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili