Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN HEYDƏR ƏLİYEV ADINA AKADEMİYASININ ƏMƏLİYYAT İŞÇİLƏRİNİN HAZIRLANMASI VƏ SƏRHƏD QOŞUNLARI FAKÜLTƏLƏRİNİN BURAXILIŞI OLMUŞDUR

Bakı, 9 iyul (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, iyulun 9-da Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Əməliyyat işçilərinin hazırlanması və Sərhəd Qoşunları fakültələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında meydana gətirilmişdir.

Əvvəlcə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev, akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə və digər rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov buraxılış mərasiminə düzülmüş zabitləri və kursantları təbrik etmişdir. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışı münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edən general-leytenant Eldar Mahmudov, təcrübəli müəllimlərindən aldıqları biliklərin, qazandıqları peşə vərdişlərinin vəzifə borclarını layiqincə yerinə yetirməkdə onlara kömək olacağını vurğulamışdır.

Məzunlara ümummilli lider Heydər Əliyevin adını daşıyan akademiyada oxumaq şərəfinin qismət olduğunu qeyd edən nazir bildirmişdir ki, onlar ölkənin təhlükəsizliyi və milli maraqlarının qorunması sahəsində fəaliyyət üzrə xüsusi təhsil ocağını bitirmişlər. Bu isə hər şeydən əvvəl, ulu öndər Heydər Əliyevin peşəkarlıq irsini davam etdirməyə, Azərbaycanın durmadan qüdrətlənməsi işində fəaliyyətə hazır olmaq deməkdir.

Gənc zabitlərin Azərbaycanın milli təhlükəsizliyi və sərhədlərinin qorunması işində təcrübəli həmkarları ilə çiyin-çiyinə çalışacağını deyən nazir Eldar Mahmudov bildirmişdir ki, bu istiqamətdə akademiyada əldə etdikləri biliklərin rolu böyük olacaqdır. Milli təhlükəsizlik naziri bu işdə əməyi olan hər kəsə, ilk növbədə təlim-tədris prosesinin yüksək səviyyəsinə görə akademiyanın rəhbərliyinə və müəllim heyətinə təşəkkürünü bildirmişdir.

İldən-ilə akademiyanın maddi-texniki imkanlarının artdığını diqqətə çatdıran nazir Eldar Mahmudov, ötən buraxılışdan bəri görülmüş tədbirlərin buna əyani misal olduğunu vurğulamışdır. Bildirilmişdir ki, akademiyada hər cür şəraitə malik 4500 kvadratmetrdən çox sahəni əhatə edən yeni İdman-Sağlamlıq Kompleksi açılmış, şəxsi heyətin istifadəsində olan tədris və sosial təyinatlı bir çox korpuslarda əsaslı təmir işləri aparılmışdır. Akademiyanın müasir avadanlıq və texniki vasitələrlə təchizatı işi davam etdirilmişdir.

Gələcək əməkdaşların seçdikləri peşəyə dərindən yiyələnməsi üçün bütün lazımi imkanların akademiyada mövcudluğu və bunların yeni nəslin ulu öndər Heydər Əliyevin vətənpərvərlik məktəbinə sadiq insanlar kimi yetişməsi üçün yaradılmış möhkəm təməl olduğu qeyd edilmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin “Akademiya ən yüksək dünya standartlarına cavab verir” fikrini xatırladan nazir vurğulamışdır ki, dövlətimizin başçısının bu sözləri nazirliyin və akademiya kollektivinin ümumi əməyinə verilən yüksək qiymətdir və gələcəkdə daha səmərəli fəaliyyət üçün əsas stimuldur.

General-leytenant Eldar Mahmudov son illər həyata keçirilən hərtərəfli islahatlar və uğurlu dövlət quruculuğu nəticəsində Azərbaycanın dünya birliyində mövqeyini ildən-ilə möhkəmləndirdiyini, hazırda geniş coğrafi və siyasi məkanda böyük nüfuza malik olduğunu bildirmişdir. Bütün bunlar qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə ölkənin təhlükəsizliyi üçün məsuliyyəti daha da artırır.

Qarşıda çox böyük vəzifələr durduğunu deyən nazir qeyd etmişdir ki, ən mühüm vəzifə işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üzrə dövlətimizin başçısının siyasi xəttinin həyata keçirilməsi işində yaxından və fəal iştirak etməkdir. Nazir vurğulamışdır ki, müasir dövrdə milli maraqlarımıza qarşı yönələn təhdidlərin qarşısının alınması bizim hər birimizdən daim yüksək sayıqlıq, hərtərəfli hazırlıq və vətənpərvərlik tələb edir. Başlıca məqsəd hamının, ilk növbədə güc strukturlarının Ali Baş Komandan İlham Əliyevin əmr və göstərişlərini dərhal yerinə yetirməyə qadir vahid, səfərbər və yenilməz qüvvə olmasıdır.

Milli Təhlükəsizlik Nazirliyinin son vaxtlar terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə ardıcıl uğurlar əldə etdiyini vurğulayan nazir qeyd etmişdir ki, ancaq bütün bu nailiyyətlər bizi qətiyyən arxayınlaşdırmır. Əksinə daha səfərbər və ayıq-sayıq olmağa çağırır. Ümummilli lider həmişə deyirdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Bizim amalımız müstəqilliyi və dövlətçiliyi qorumaq və möhkəmləndirməkdir. Ali məqsədimiz Azərbaycanı daha qüdrətli, vətəndaşlarımızın hüquqlarını etibarlı təmin etməkdir. Bunun üçün isə başlıca vəzifəmiz ərazi bütövlüyünün bərpasıdır, sabitliyin və təhlükəsizliyin dönməzliyini qorumaqdır.

Nazir Eldar Mahmudov Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirmiş və xatirələrində həmişəlik qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxış edərək, ölkəmizin milli təhlükəsizliyinin və sərhədlərinin toxunulmazlığının sabahını təmin edəcək gənc zabitləri təbrik etməkdən qürur hissi keçirdiyini bildirmişdir.

General-leytenant Elçin Quliyev silahlı qüvvələrimizin tərkibinə növbəti zabit nəslinin verilməsində zəhməti və əziyyəti olan hər bir kəsə, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə, akademiyanın professor-müəllim heyətinə, məzunların valideynlərinə dərin minnətdarlığını bildirmişdir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordumuzun qüdrətinin artırılması, təhlükəsizliyimizin daha da möhkəmlənməsi işində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gördüyü işlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi zabitlərin peşəkarlığının, Vətənimizə, xalqımıza, Prezidentimizə sədaqətli xidmətin bu işlərin görülməsində böyük rol oynadığını vurğulamışdır.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək, Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından danışmışdır. Ziya Yusifzadə sıralarında iki Heydər Əliyev təqaüdçüsü olan fakültələrin məzunlarının 5 illik tədris müddətində daim yüksək nailiyyətlər qazandıqlarını, akademiyanın elmi və ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, 18 nəfər zabitin akademiyanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırmışdır.

Akademiyanın məzunları, gənc leytenantlar çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildirmiş, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq etmiş, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildirmişlər.

Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim etmişlər.

Digər zabitlərə də diplomlar təqdim olunduqdan sonra akademiyanın zabitləri və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçmişlər.

Sonra tədbir akademiyadakı “Şöhrət” Muzeyində davam etdirilmişdir. Muzeyin salonunda milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirən zabitlərə qiymətli hədiyyələr vermişlər.

Ümummilli lider Heydər Əliyevin muzeydəki büstünün qarşısında və ulu öndərin akademiyanın həyətindəki abidəsi önündə xatirə şəkilləri çəkdirilmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və akademiyanın rəisi Ziya Yusifzadə məzunların valideynləri ilə söhbət etmiş, Vətənə layiqli oğullar yetişdirdiklərinə görə təşəkkürlərini bildirmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

Misirdə böyük neft-qaz yatağı tapılıb

Nigeriyalı mütəxəssis: WUF13 mənim üçün peşəkar təcrübə oldu

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

UN-Habitat-ın eksperti: Bakıda son dərəcə zəngin təəssüratlar əldə etmişəm

Xarici jurnalist: Cəmiyyətinizin sülh və həmrəyliyi necə qoruduğu barədə məlumat almaq bizim üçün çox maraqlı oldu

Bu saata olan əsas xəbərlər

Çuvaşiyalı nəğməkar şair: Türk ölkələrini birləşdirən layihələr onların arasındakı münasibətləri gücləndirir

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb

Kəlbəcərdə qış turizm kompleksinin yaradılması planlaşdırılır

Azərbaycan bayrağını yerdən qaldıran türküstanlı məktəbli: Buna laqeyd qala bilməzdim

Bəşir Hacıyev: Kəlbəcərdə 2020 hektar ərazi minalardan təmizlənib

Fərid Şəfiyev: Laçın və Kəlbəcər 1994-cü ildən sonrakı dövrdə sistemli şəkildə məhv edildi

WUF13-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdimat və proqramları maraqla qarşılanıb

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb - YENİLƏNİB

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir

WUF13-də media sessiyası: Beynəlxalq ekspert jurnalistlərə şəhərsalma mövzularının işıqlandırılmasından danışıb

Mədəniyyət Nazirliyində yubilyar mədəniyyət xadimləri ilə görüş olub

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir

UNECE-nin icraçı katibinin müavini ilə görüş baş tutub

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub

Almaniyada xarici investisiyaların azalması tendensiyası davam edir

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar

WUF13 çərçivəsində KOB-ların davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub - YENİLƏNİB

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB VİDEO

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB VİDEO

Anjela Makeyeva: Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə "Linqvist" liseyi və şəhər poliklinikası yenidən fəaliyyət göstərir

Almatıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium başlayıb

Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib

WUF13: Qlobal Cənubun sürətlə urbanizasiya olunan ölkələri üçün innovativ tərəfdaşlıqlar və həllər” mövzusunda panel yekunlaşıb

WUF13 çərçivəsində Ukraynada dayanıqlı mənzil həlləri müzakirə olunub

Müasir şəhərsalma standartları ilə dirçələn Ağdamdan REPORTAJ

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib VİDEO

UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir  - YENİLƏNİB

Xüsusi Nümayəndəliyin əməkdaşı: Dayanıqlı praktiki standartların yaradılması və inkişafı üçün möhkəm baza formalaşdırılır

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb VİDEO

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb VİDEO

Böyük Qayıdış: Baş Qərvənd kəndinə ilk köçün bu il həyata keçirilməsi gözlənilir

BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub

Mer: Xarkovun bərpasında beynəlxalq əməkdaşlıq mühüm rol oynayır

Ekspert: Genişmiqyaslı iqlim dəyişikliyi əsasən insan təsiri ilə bağlıdır

Məhəmmədəli Xudaverdiyev: Qlobal Cənub mühüm innovasiya və təcrübəyə sahibdir

Bakıdakı Ümumdünya Şəhərsalma Forumu gənclər üçün mühüm təcrübə platforması oldu

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO

AQTA: Qurban bayramı ilə əlaqədar təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

Şeri Ritsema-Anderson: Humanitar böhranlar zamanı milli sistemlərdən daha erkən mərhələdə istifadə olunmalıdır

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Bu ilin 4 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 108 milyon manat vəsait ödənilib

“AnewZ” prodüseri: Belə ekran əsərləri Azərbaycanı dünyaya tanıdır VİDEO

Qazax Milli Qadınlar Pedaqoji Universitetinin magistrantları ADPU-da təcrübə keçiblər

“Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən 650-dən çox şəxs faydalanıb

Şəkiyə, Qusara və Balakənə dolu yağıb

Azərbaycan türkologiya elmi: sələflər və xələflər - gənc alimlərin respublika konfransı

WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib - YENİLƏNİB

Bu gün ASAN vətəndaş məmnuniyyəti üzrə 99 faizdən yüksək göstərici nümayiş etdirir

Türkiyəli memar: Azərbaycanın dəstəyi Kahramanmaraşda insanların yenidən həyata qayıtmasına töhfə verib

Paula Qaviria: Məcburi köçkünlərlə bağlı məsələlərdə yerli səviyyədə preventiv tədbirlər xüsusi əhəmiyyət daşıyır

WUF13 tədbiri çərçivəsində qida təhlükəsizliyinə nəzarət: "AQTA hara baxır?"

WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya baş tutub - YENİLƏNİB

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan

Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb

Ümumdünya Şəhərsalma Forumunda məcburi köçkünlərin şəhər mühitinə inteqrasiyası yolları araşdırılıb

Boriy Alixanov: WUF13 dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynayır

® “AzInTelecom” “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub

Beynəlxalq ekspert: WUF13 şəhərsalma sahəsində ən yaxşı ideyaların mübadiləsinə töhfə verir

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Filippinli nümayəndə: WUF13 hər kəsin öz təkliflərini təqdim etməsi üçün yaxşı bir platformadır

Xüsusi Nümayəndəliyin böyük məsləhətçisi: Azad edilmiş ərazilərdə sıfırdan müasir şəhərsalma sistemi yaradılır

Lüsi Erl: WUF-un ən yaxşı tərəfi dünyanın hər yerindən gələn insanların müxtəlifliyidir

Mənzil təminatında əlçatanlıq problemi çox vaxt tələb-təklif müstəvisində nəzərdən keçirilib

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk professor: WUF13 ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlığın güclənməsinə mühüm töhfə verir

Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Lea Ranalder: Dayanıqlı mənzil sistemi şəhər infrastrukturuna inteqrasiya olunmalıdır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019 cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qananın naziri: WUF13-də aparılan müzakirələr olduqca zəruridir

Yeliz Berxt: Mənzillərin bərpası həm də insanların rifahı və ləyaqəti ilə bağlıdır

“Naxçıvan” sənədli filminin prodüsseri: Məqsədimiz insanları Azərbaycanın hər bir bölgəsinin tarixi ilə tanış etməkdir

Şəhərlərin dirçəlişi və mədəni irs: WUF13-də “Secure” modeli müzakirə olunub - YENİLƏNİB VİDEO

Şəhərlərin dirçəlişi və mədəni irs: WUF13-də “Secure” modeli müzakirə olunub - YENİLƏNİB VİDEO

Səfir: WUF13 ölkələrimiz üçün fundamental əhəmiyyət kəsb edir

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər  FOTO VİDEO

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər FOTO VİDEO

Çinli memar: WUF13-ün Bakı üçün çox yaxşı təsiri olacaq

BDU əməkdaşları beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

Fələstin Dövlətinin naziri: bizim çox böyük mənzil problemlərimiz var

İordaniya mətbuatı WUF13 barədə yazıb

Zelenski Xerson vilayətinin işğal altında olan hissəsində FTX qərargahına zərbə endirildiyini təsdiqləyib

Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

Pakistanlı tədqiqatçı: Qarabağın bərpası üzrə görülən işlər qısa müddətdə diqqətçəkən nəticələr göstərib VİDEO

Pakistanlı tədqiqatçı: Qarabağın bərpası üzrə görülən işlər qısa müddətdə diqqətçəkən nəticələr göstərib VİDEO

Paula Gaviria: BMT-nin diqqəti insanlara, onların hüquqlarına və bərpasına yönəlib

Mərkəz rəhbəri: Beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq

Dima Al-Khatib: WUF13-ün diqqəti mənzil məsələsinə yönəltməsi olduqca uğurlu addımdır

Rohit Ciqyasu: Şəhərlərin kortəbii inkişafı təbii fəlakət risklərini artırır

ÜST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı: Hamı üçün əlçatan şəhərlər və mənzillər yaratmalıyıq

ABŞ-dən olan nümayəndə: Hamının mənzil problemi kimi vacib məsələ haqqında düşünməsi çox qiymətlidir

Sebastian van Herk: “Ağıllı şəhər” konsepsiyası insanların sağlamlığına və həyat keyfiyyətinə yönəldilməlidir

WUF13: Azərbaycanın qlobal şəhərsalma gələcəyində artan rolu