Millimiz böyük hesablı qələbə qazanıb
Bakı, 19 dekabr, AZƏRTAC
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində dekabrın 19-da sonuncu yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər ki, Region Liqasında çıxış edən “Tufan”la qarşılaşma U-19-un 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmanın heyətində Musa Qurbanlı het-trik edib. Vəli Məmmədov və Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib.
Yığma bununla da təlim-məşq toplanışını başa vurub.