Millimizin sabiq üzvü ən bahalı futbolçular arasında yer alıb
Bakı, 26 yanvar, AZƏRTAC
Almaniya Regional Liqasının ən bahalı futbolçuları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, siyahıda Azərbaycan milli komandasının sabiq üzvü Rüfət Dadaşov da yer alıb. “Şalke”nin əvəzedici komandasında çıxış edən hücumçunun dəyəri 200 min avro göstərilib. R.Dadaşov 8 futbolçu ilə birlikdə 9-16-cı yerləri bölüşdürür.
Regional Liqanın ən bahalı futbolçusu “Köln”ün əvəzedici komandasının hücumçusu Tim Lemperledir. On doqquz yaşlı oyunçunun dəyəri 1 milyon avrodur.
Futbolçu cari mövsüm “Şalke”nin əvəzedici komandasının heyətində 14 oyunda 6 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]