Mingəçevir məktəbliləri narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar
Bakı, 7 mart, AZƏRTAC
Cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın fəsadları barədə yeniyetmələri məlumatlandırmaq məqsədilə Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə növbəti maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin zərərlərindən, bu bəlaya düçar olan şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və sağlam gəncliyin formalaşmasında ən mühüm amillərdən birinin də narkomaniya ilə mübarizə olduğunu diqqətə çatdırıb.
Sonra digər çıxış edənlər də məktəblilərə zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr veriblər.