CƏMİYYƏT
Mingəçevir şəhərində silah-sursat aşkarlanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə Mingəçevir şəhərinin energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat aşkarlanması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumat əsasında şəhər polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçiriblər. Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də üç ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.