Mingəçevirdə “Xocalı gənclərin gözü ilə” mövzusunda konfrans keçirilmişdir
Mingəçevir, 26 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının gənclər birliyi Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar elmi-nəzəri konfrans keçirmişdir.
AZƏRTAC xəbər verir ki, konfransın əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə 1992-ci ildə ölkədəki vəziyyətdən və fevral ayının 25-dən 26-na keçən gecə Xocalı əhalisinin başına gətirilən faciələrdən danışılmış, Azərbaycan Prezidenti İlham Əliyevin dünyada Xocalı soyqırımının tanınması istiqamətində apardığı işlərdən bəhs edilmişdir.
Konfransda idarə və təşkilatlarda çalışan fəal gənclərin “Ermənilərin Azərbaycan torpaqlarına köçürülmə siyasəti”, “Xocalı hadisəsinə ilk siyasi qiymətin verilməsi”, “XX əsrin Xocalı faciəsi”, “Xocalı gənclərin gözü ilə”, “Xocalı soyqırımını tanıdaq” mövzusunda məruzələri dinlənilmişdir.
Çıxışlarda Xocalı faciəsinin Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik olduğu bildirilmişdir. Ölkəmizdə Xocalı həqiqətlərini dünya ictimaiyyətinə tanıtmaq və qəbul etdirmək istiqamətində aparılan işlərdən danışan natiqlər qeyd etmişlər ki, bu işlərə hər bir azərbaycanlı çox fəal şəkildə dəstək olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]