Mingəçevirli gənclərə internetdən səmərəli istifadə ilə bağlı dəyərli tövsiyələr verilmişdir
Mingəçevir, 23 noyabr (AZƏRTAC). “Saf həyat naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhərində “Gənclərin internetdən səmərəli istifadəsində ictimaiyyətin rolunun artırılması” layihəsi çərçivəsində tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbirdə “Saf həyat naminə” Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova çıxış edərək Mingəçevir və Bakı şəhərlərində həyata keçirilən layihə barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, layihənin məqsədi gənclərin fikirlərini öyrənmək və internetin həm müsbət, həm də mənfi cəhətlərini izah etməkdir.
Tədbirdə sosial şəbəkələrin gənclərə təsiri, onların internetdən səmərəli istifadəsi və bu sahədə ictimaiyyətin rolunun artırılması məsələləri müzakirə olunmuşdur. Çıxış edənlər bildirmişlər ki, bəzən sosial şəbəkələrdən düzgün istifadə edilməməsi bir sıra xoşagəlməz hallara gətirib çıxarır. Bu sahədə maarifləndirmə işlərinin və ictimai nəzarətin gücləndirilməsinə ehtiyac duyulduğu xüsusi vurğulanmışdır.
Daha sonra gənclərə internet resurslarından düzgün və səmərəli istifadə ilə bağlı dəyərli tövsiyələr verilmiş və bundan bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbir maraqlı müzakirələrlə davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]