Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minnətdarlıq məktubları: Cənab Prezident, Sizin həyata keçirdiyiniz siyasəti bəyənir və dəstəkləyirik

Minnətdarlıq məktubları: Cənab Prezident, Sizin həyata keçirdiyiniz siyasəti bəyənir və dəstəkləyirik

Bakı, 28 aprel, AZƏRTAC

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Qubadlı rayonundan Milli Qəhrəman atası Nəriman Həmidov yazır: “Hörmətli cənab Prezident, Siz polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdəsiniz. Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi. Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci il dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik. Cənab Prezident, Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı, işlərinizdə yüksək zirvələr arzulayıram. Ulu Tanrı Sizi qorusun!”.

Qubadlı rayonunun Çərəli kəndindən Qarabağ müharibəsi əlili Pəhlivan İmanov: “Əziz və hörmətli Prezidentim, Sizi Qarabağ müharibəsi əlili kimi ən səmimi duyğularımla salamlayıram. Ölkəmizin bu çətin günündə yorulmadan hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərdiyiniz üçün Sizə minnətdarlığımızı bildirir, Sizi hər zaman dəstəkləyirik. Dünyada tüğyan edən bu pandemiya təhlükəsinin Vətənimizdən tezliklə sovuşması üçün gördüyünüz tədbirlər, verdiyiniz fərman və sərəncamlar tarixi qərarlardır. Uzun illər keçsə də, xalqımızın bu bənzərsiz düşmənlə inamlı mübarizəsi hər zaman Sizin adınızla anılacaq. Biz məcburi köçkün kimi dövlətin qayğısını hər zaman hiss etmişik. Bu da bizi Sizin ətrafınızda bir yumruq kimi birləşməyə, dövlətin yürütdüyü siyasətə arxa durmağa sövq edir. Biz daim Sizinləyik!”.

Sumqayıt şəhərinin sakini İlham Ağayev: “Möhtərəm cənab Prezident, çox hörmətli Birinci vitse-prezident. Son dövrlər dünyada yayılmış və Azərbaycanda da aktual məsələyə çevrilmiş yeni növ koronavirusla əlaqədar tərəfinizdən verilən tapşırıq və tövsiyələri, görülən qabaqlayıcı tədbirləri bir vətəndaş kimi yüksək qiymətləndirirəm. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaqla və tibbi yardımlarla təmin olunur. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirir. İnanıram ki, bu tədbirlərin nəticəsi olaraq, dövlətimiz yaranmış çətin vəziyyətdən minimum itkilərlə çıxacaq. Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun!. Amin!”.

Qax rayonunun Qorağan kəndinin sakini Naib Darçınovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizin bütün addımlarınız, qərarlarınız göstərir ki, koronovirusla üzləşdiyimiz bir dövrdə Sizin əsas amalınız Azərbaycan xalqını bu bəladan qurtarmaqdır. Xalqımız da bir daha gördü ki, Sizin sözünüzlə əməliniz üst-üstə düşür, vətəndaşların sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir. Mən də Sizin humanistliyinizdən bəhrələndim. Bu günlərdə 190 manat birdəfəlik ödəmə ilə təmin olundum. Bu, mənim kimi yüz minlərlə insan üçün maddi yardımla yanaşı, mənəvi kömək oldu. Biz Sizi arxamızda hiss etdik. Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə cansağlığı və ölkəmiz naminə tükənməz güc-qüvvət arzulayıram”.

Bakının Nizami rayonunun sakini Rəcəb Rəfixanov: “Hörmətli cənab Prezident, ev sahibi evin dirəyi, arxa-dayağıdır deyirlər. Bizim ölkəmiz də daim əziz Prezidentimizin əməyi və qayğısı sayəsində inkişaf edir. Dünyada baş verənlərə baxmayaraq, həm xalqın, həm də ayrı-ayrılıqda hər bir vətəndaşın probleminə bütün ruhu ilə özünü sərf edən belə məsuliyyətli və fədakar lider çox az tapılar. Bu gün fikrimcə təkcə mən deyil, milyonlarla insan Sizə - hamımızın qayğısına qalan, ən müdrik, mərhəmətli və dünyanın ən uzaqgörən Prezidentinə təşəkkürümüzü bildiririk. Cənab Prezident, çox sağ olun ki, bu bəla ilə, dünyanı lərzəyə gətirən koronavirusla bağlı bu dərəcədə düzgün tədbirlər görmüsünüz. Bu, Sizin bizə - Azərbaycan xalqına olduqca səmimi münasibətiniz barədə daha bir danılmaz faktdır. Çox sağ olun ki, sosial vəziyyətindən asılı olmayaraq ölkənin hər bir sakininin vəziyyəti ilə maraqlanırsınız. Bizim sabit vəziyyətimiz, sağlamlığımız, həyatımız bədnam qonşularımızın həsəd aparacağı mövzudur. Bir də ona görə təşəkkür etmək istərdim ki, ölkəmizdə hər kəs özünə və öz gücünə inanır. Bütün bunlar ona görədir ki, möhtərəm İlham Heydər oğlu bu insanların hər birinə ata qayğısı ilə yanaşır. Sizinlə fəxr edirəm, mənim Prezidentim!”.

Qubadlı rayonunun Bəxtiyarlı kəndindən Gülnar Həsənova: “Hörmətli cənab Prezident, bu aylar dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası yüzlərlə ölkədə yüz minlərlə insanın canını alıb, dünya üzrə yoluxanların sayı üç milyonu keçib. Lakin Sizin vaxtında atdığınız addımlar, gördüyünüz məhdudlaşdırıcı tədbirlər ölkəmizin bu pandemiyadan daha az zərərlə çıxmasına imkan yaradıb. Bu ağır günlərdə işsizlərə, imkansız ailələrə iki ay ərzində birdəfəlik yardımların verilməsi, ahıl insanlara qayğının gücləndirilməsi, xırda sahibkarlara dəstək verilməsi dövlətin hər bir vətəndaşa göstərdiyi yüksək diqqətin təcəssümüdür. Biz buna görə dövlətimizin rəhbəri kimi Sizə öz minnətdarlığımızı bildirir və dərin təşəkkür edirik. Allah köməyiniz olsun!”.

Balakən rayonunun Qazma kəndinin sakini Rəcəb Qarakişiyev: “Möhtərəm cənab Prezident, mən bu kiçik məktubu yazmaqla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu çətin günlərdə işsizlərə verilən 190 manat birdəfəlik ödəməni aldım. Məni və ailəmi sevindirdiniz. Buna görə Sizə çox-çox təşəkkür edirəm. Biz yaşlılar hər zaman Sizin həyata keçirdiyiniz siyasəti bəyənir və dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tezliklə bu virusa qalib gələcək. Allah Sizin kölgənizi bizim ölkəmizin başı üstündən əskik eləməsin, inşallah!”.

Beyləqan rayonunun sakinləri Nadir Əliyev və Azim Kərimov yazırlar: “Möhtərəm cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasının respublikamızda qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi, Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcək. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı imzaladığınız sərəncamlar, açılan yeni xəstəxanalar, yeni müəssisələr göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaq. Dövlətimiz bu gün də öz vətəndaşlarının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminik. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma Beyləqan Meliorasiya İdarəsinin kollektivi adından təşəkkürümüzü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!”.

Tovuz rayonunun Əlibəyli kəndinin sakini Venera Əliyeva: “Hörmətli cənab Prezident, bütün dünya koronavirus adlı çətin bir dönəmdən keçir. Bu çətinliyin içində biz də varıq. Lakin Sizin tərəfinizdən qəbul olunan qərarlar, dövlətimizin qoyduğu qaydalar bizi bu çətinlikdən xilas etdi. Siz gecə-gündüz çalışaraq bizi qorudunuz. Bizlər də qaydalara əməl edərək, evdə qalaraq, həm özümüzü, həm də sevdiyimiz insanları qorumuş, Sizə olan rəğbətimizi ifadə etmiş olduq. Sizin bizi nə qədər çox sevdiyinizi artıq daha yaxşı anlayırıq. Tezliklə bu günləri geridə qoyacağıq. Əminik ki, daha gözəl sabahlar naminə Siz daha çox çalışacaq, xalqımızı daha çox sevindirəcəksiniz. Biz gənclər də bütün işlərinizdə Sizinlə həmrəy olaraq əlimizdən gələni etməliyik. İnanırıq ki, sabahımız daha yaxşı olacaq. Çünki Sizin kimi qayğıkeş rəhbərimiz var. Cənab Prezident, xalqımıza qayğı göstərdiyiniz üçün Sizə dərin təşəkkür edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb