MİNSKDƏ ƏN YAXŞI BELARUS SAHİBKARLARININ MÜKAFATLANDIRILMASI MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Belarusun Baş naziri Sergey Sidorski “2007-ci ilin ən yaxşı sahibkarı” respublika müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırılması mərasimində bildirmişdir ki, hökumət əlverişli işgüzar mühitin yaradılması işini bundan sonra da davam etdirəcəkdir. Baş nazir demişdir ki, hökumət Belarusun biznes fəaliyyətinin sadələşdirilməsinə yönəldilmiş hüquqi islahatların həyata keçirilməsi üzrə dünyanın lider ölkələri sırasına çıxması barədə Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının rəsmi rəyini almışdır.
S.Sidorski vurğulamışdır ki, hazırda qarşımızda ilk 30 ölkə sırasına daxil olmaq kimi yeni vəzifə durur. Ona görə də əlverişli işgüzar mühitin yaradılması işləri daha da genişləndiriləcəkdir.
Baş nazir əlavə etmişdir ki, həmin reytinqlərdə makroiqtisadi siyasət, infrastrukturun keyfiyyəti, valyuta sabitliyi, cinayətkarlığın səviyyəsi nəzərə alınmamışdır.
AZƏRTAC-ın xəbər verdiyi kimi, Dünya Bankının 181 ölkə üzrə hazırladığı “Biznes fəaliyyəti-2009” illik hesabatına görə, Azərbaycan biznes şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilmiş islahatların nəticələrinə görə ötən ildən liderdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]
Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]