Misir COVID-19-a qarşı vaksinin tədarükünə dair kontrakt imzalayıb
Qahirə, 5 iyul, AZƏRTAC
Misirin Farmasevtika İdarəsi “AstraZeneca” şirkəti ilə gələcəkdə Oksford Universitetinin COVID-19-a qarşı vaksininin tədarükünə dair kontrakt imzalayıb.
AZƏRTAC xəbər verir ki, dövlət qurumu olan bu idarə vaksinin miqdarını və göndəriləcəyi vaxtı açıqlamayıb.
Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatı isə yeni növ koronavirus pandemiyasına yoluxmaların və vəfat edənlərin sayının azalmadığını göstərir. Belə ki, son sutka ərzində Misirdə daha 1342 nəfər COVID-19-a yoluxub, 79 pasiyent isə həyatını itirib. Yoluxanların ümumi sayı 74 mini keçib, 3280 pasiyent isə vəfat edib. Məlumatda indiyədək 20 mindən artıq insanın müalicə olunaraq evə buraxıldığı bildirilib.
Misir hökuməti bəyan edib ki, artıq karantin xəstəxanaları yerli farmasevtika şirkətlərinin istehsalı olan “Remdesivir” preparatı ilə təmin edilir. COVID-19-un müalicəsində effektiv olan bu dərmanın ixracı isə yerli tələbat ödənildikdən sonra həyata keçiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]