RƏSMİ XRONİKA
MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏHƏMMƏD HÜSNİ MÜBARƏKƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Misir arasında zəngin ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri bu gün uğurla inkişaf etməkdədir. Ümidvaram ki, əlaqələrimizin daha da dərinləşdirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi istiqamətində addımlarımızı bundan sonra da davam etdirəcək, ardıcıl səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Misir xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
16 iyul 2007-ci il.