Misir Ərzaq Bankı Qəzzada iftar qutuları paylayacaq
Bakı, 11 mart, AZƏRTAC
Misirin Ərzaq Bankı (MƏB) qeyri-kommersiya təşkilatının işçiləri və könüllüləri Ramazan ayında ölkədə və qonşuluqdakı Qəzza sektorunda imkansız insanlar üçün pulsuz iftar qutuları hazırlayırlar.
AZƏRTAC xəbər verir ki, təşkilatın tədarük zənciri sektorunun direktoru İbrahim Şahin bununla bağlı min nəfər işçinin cəlb olunduğunu və ölkə daxilində qeydiyyatdan keçən təxminən 5 milyon yoxsulun iftarla təmin ediləcəyini deyib.
Məlumata görə, MƏB binasının qarşısındakı yük maşınlarının bəzilərinin üzərində “Fələstindəki qardaşlarımıza” sözləri yazılıb. İanələrin 95 faizindən çoxunun Misir vətəndaşları tərəfindən edildiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]