Misirdə inflyasiya səviyyəsi 13.9 faizə yüksəlib
Qahirə, 10 may, AZƏRTAC
Aprel ayında Misirin əsas şəhərlərində istehlak qiymətlərində illik inflyasiyanın səviyyəsi yüksələrək 13,9%-ə çatıb.
AZƏRTAC Misir mətbuatına istinadla xəbər verir ki, bu rəqəm mart ayında 13,6% təşkil edib. Bütün ölkə üzrə illik inflyasiya martda 13,1%, aprel ayında isə 13,5% olub.
Qeyd olunur ki, taxıl və çörəyin qiymətlərinin 12,9%, balıq və dəniz məhsullarının qiymətlərinin 6,9%, süd, pendir və yumurtanın qiymətlərinin 5,3%, meyvələrin 62%, tərəvəzlərin 0,2%, qəhvə, çay və kakaonun qiymətlərinin 7,8% artması nəticəsində ərzaq və içkilərin qiymətlərində 6,2% artım qeydə alınıb.
Aprel ayında Misirdə yanacaq qiymətləri sərbəstləşdiriləndən sonra iqtisadi həyatın, demək olar ki, hər sahəsində inflyasiya artıb. Elektrik enerjisi, qaz və digər yanacağın qiymətləri 6,7%, şəxsi daşımalar 8,6%, nəqliyyat xidmətləri isə 8,2% artıb.
Beynəlxalq Valyuta Fondu Misirin inflyasiya səviyyəsi ilə bağlı proqnozunu cari 2024-2025-ci maliyyə ili ərzində 19,7%-ə yüksəldib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [19:51]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:17]