Misirdə son bir sutkada koronavirusdan 7 nəfər ölüb
Qahirə, 6 aprel, AZƏRTAC
Misirdə koronavirusdan (COVID-19) ölənlərin sayı 78 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat katibi Xalid Meqahed qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 7 nəfər dünyasını dəyişib.
O bildirilib ki, aprelin 5-də ölkədə koronavirusa 103 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1173 nəfərə çatıb. Onun sözlərinə görə, COVID-19 virusuna yeni yoluxanlardan biri əcnəbi, digərləri isə Misir vətəndaşlarıdır.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 6 nəfər, o cümlədən bir əcnəbi koronavirusdan sağalıb. Ümumilikdə isə indiyədək 247 koronavirus xəstəsi tam sağalıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]