Misirdə son sutkada koronavirusdan 12 ölüm faktı qeydə alınıb
Qahirə, 23 aprel, AZƏRTAC
Aprelin 22-də Misirdə koronavirusa (COVID-19) 169 nəfər yoluxub, xəstəxanalarda müalicə edilən 12 pasiyent isə dünyasını dəyişib. İndiyədək bu ölkədə 3659 yoluxma, 276 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed bildirib.
Qeyd olunub ki, son sutka ərzində 65 nəfər, o cümlədən iki əcnəbi sağalıb. Beləliklə, indiyədək ölkədəki 12 karantin xəstəxanasından 935 pasiyent tam müalicə olunaraq evə buraxılıb.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi vətəndaşları karantin rejiminə ciddi riayət etməyə çağırıb. O qeyd edib ki, bütün dünyanın, o cümlədən Misirin qarşılaşdığı bu ağır problemi həll etmək üçün hökumət və əhali həmrəy olmalıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]