Mişustin ilə Paşinyan arasında Yekaterinburqda görüş keçirilib
Moskva, 6 iyul, AZƏRTAC
Rusiya parlament seçkilərindən sonra formalaşacaq Ermənistanın yeni hökuməti ilə münasibətləri daha da inkişaf etdirməyə ümid edir.
Rusiyanın Baş naziri Mixail Mişustin bu barədə Yekaterinburqda “İnnoprom” beynəlxalq sənaye sərgisi çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı bildirib.
AZƏRTAC xəbər verir ki, Mişustin Moskvanın rusiyalı investorların hüquqlarına və qanuni maraqlarına riayət edilməsini, eləcə də ikitərəfli münasibətlərin davamlı inkişafını gözlədiyini vurğulayıb.
Öz növbəsində, Paşinyan ikitərəfli gündəlikdəki mövcud problemli məsələlərin həllinə ümid etdiyini bildirib.
“Son zamanlar bəzi problemli məsələlər ortaya çıxıb. Əlbəttə, ümid edirəm ki, bu məsələləri müzakirə edərək həll yollarını tapacağıq. Bütün məsələləri və nüansları müzakirə etmək və aydınlaşdırmaq üçün konstruktiv yanaşmaya sadiqik və ümid edirəm ki, bugünkü danışıqlar nəticəsində konkret məsələləri həll edə biləcəyik”, - deyə o vurğulayıb.
Ermənistanın Baş naziri, həmçinin ölkəsinin Aİİ-yə üzvlükdə maraqlı olduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [18:52]
Donald Tramp: İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq
- 06.07.2026 [18:51]
Media: Kanada Almaniyadan sualtı qayıqlar almağı planlaşdırır
- 06.07.2026 [18:33]
ABŞ Prezidenti: Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq
- 06.07.2026 [17:52]
Yunanıstanda iqtisadi bərabərsizlik dərinləşməkdədir
- 06.07.2026 [17:30]
Qazaxıstanda Astana adını daşıyan 26 nəfər var
- 06.07.2026 [17:17]
Hakan Fidan: Ərdoğan-Tramp münasibətləri NATO-da gərginliyi azalda bilər
- 06.07.2026 [17:10]
Bolqarıstanın müxtəlif şəhərlərində bomba həyəcanı yaşanıb
- 06.07.2026 [17:06]