Moldova hökuməti fövqəladə vəziyyəti daha 60 gün uzatmağı təklif edir
Bakı, 29 mart, AZƏRTAC
Moldova hökuməti ölkədə fövqəladə vəziyyət rejimini daha 60 gün uzatmaq təklifi ilə parlamentə müraciət edib.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul olunub.
Moldovanın daxili işlər naziri Anna Revenkonun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması zərurəti hibrid müharibəyə qarşı mübarizə, Ukraynada davam edən müharibə, qaz və elektrik enerjisi çatışmazlığı səbəbindən yaranan enerji böhranı ilə bağlıdır.
Hökumətin təklifinin Moldova parlamentində gələn həftə müzakirə ediləcəyi gözlənilir. Müxalifət partiyaları isə fövqəladə vəziyyət rejimini uzadaraq təxminən ilyarıma çatdıran hakimiyyəti kəskin tənqid edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]