Moldovada prezident seçkilərinin ikinci turunda seçici fəallığı qeydə alınıb
Kişineu, 4 noyabr, AZƏRTAC
Moldovada prezident seçkilərinin ikinci turunda yüksək seçici fəallığı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 1 milyon 7 minə yaxın vətəndaş prezident seçkilərinin ikinci turunda səs verib. Bu da təxminən seçicilərin 55 faizi deməkdir. Seçici fəallığı Moldovada oktyabrın 20-də keçirilən prezident seçkilərindən təxminən 3 faiz çox olub. Səsvermə artıq yerli vaxtla 21:00-da başa çatıb. İkinci turda Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırki Prezidenti Maya Sandu və Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo mübarizə aparıblar.
Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656 min 852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz – 401 min 215 səs toplayıb.
Seçkilərin birinci turunda 11 namizəd prezidentlik uğrunda mübarizə aparıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]