Azərbaycan Dövlət İnformasiya Agentliyi

Monoetnik Ermənistan: sosial partlayışa hazırlıq

Monoetnik Ermənistan: sosial partlayışa hazırlıq

Ermənistanın inklüziv perspektivsizliyinə giriş

Bakı, 16 noyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Ermənistanın Sovet ittifaqından ayrılandan bu vaxtadək olan sosial, siyasi və iqtisadi vəziyyətini şərh edib.

AZƏRTAC xəbər verir ki, o, Ermənistanın müstəqilliyinin ilk illərində siyasi təlatümlər, populizm, ərazi iddiaları nəinki iqtisadi müstəqilliyə, həmçinin əhalinin sosial durumuna da ciddi zərbə vurduğunu bildirib. Qeyd edib ki, Sovet ittifaqından ayrıldıqdan sonra Ermənistan tam siyasi və iqtisadi müstəqillik əldə edə bilməyib. Siyasi və iqtisadi institutlarda ekstraktiv idarəetmə mühitinin qalması nəticəsində erməni əhalisinin gəlir bərabərsizliyi artıb, xalq əldə edilən gəlirlərdən kənarda qalıb. Etnik millətçiliyin milli siyasətin əsas hədəfi olması, iqtisadi bağlılığın sosial rifaha mənfi təsirinə və iqtisadiyyatın inklüziv inkişafına maneə törətməsinə səbəb olur. 2019-cu ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən hazırlanan “Ermənistanın inklüziv vəziyyətinin diaqnostikası” hesabatını təhlil edərkən bu ölkənin inklüziv artımına əsas maneə kimi şərq və qərb qonşuları ilə sərhədlərin bağlı olması, cənub qonşuluğunda yerləşən ölkə ilə məhdudiyyətli ticarət əlaqələri, beynəlxalq dəniz yollarına çıxışının olmaması, o cümlədən sadalanan amillərin təsiri ilə ölkə daxili iqtisadi münasibətlərin genişlənməsi üçün imkan və seçimlərin dar olması göstərilir. Habelə, hesabata əsasən, coğrafi və geopolitik situasiyasının əlverişsizliyi səbəbindən dominant problemlər həllini tapmamaqdadır:

- ərazi landşaftına görə infrastruktur problemləri

- ticarət xərclərinin artımı, ixrac gecikmələri, dünya ölkələrinə ixrac üçün məhdud coğrafi amillər səbəbindən mikroiqtisadi risklər.

Sözügedən amillərdən əlavə Ermənistan iqtisadiyyatı üçün digər ciddi risklər mövcuddur ki, həlli orta və uzunmüddətli dövrdə mümkünsüz görünür. USAID tərəfindən hazırlanan hesabatda göstərilən başlıca problemin Qarabağ münaqişəsi və bağlı sərhədlərin olması, bir daha Ermənistan üçün ciddi siqnaldır. Ermənistan hökuməti tərəfindən aparılacaq istənilən islahatlar yalnız qısamüddətli dövrü əhatə etmə gücünə malik olacağı beynəlxalq ekspertlər tərəfindən də vurğulanıb.  Yazılan məqalənin əsas mahiyyəti Ermənistanda rasizm meyillərinin inklüziv inkişafda mövqeyi, iqtisadiyyatın sosial mühitə təsirləri və inklüziv inkişaf üçün perspektivləri əhatə edir.

“Monoetik dövlətdə” təbəqələşmə və Steykholder kapitalizmi 

Hər il həyata keçirilən Davos İqtisadi Forumu beynəlxalq platforma olaraq dünyada baş verən iqtisadi çağırışlar, sosial problemlər, millətlərarası münaqişələr, ətraf mühitin qorunması kimi məsələləri müzakirə edir. 2020-ci ilin əsas mövzusu isə iqtisadi problemi əhatə etməsə də, orta və uzun müddətli dövrdə iqtisadi inkişafa ziyan vura biləcək yanaşmadır. Belə ki, Davos İqtisadi Forumunun “Səhmdar Kapitalizmdən Steykholder kapitalizminə keçid” şüarı ilə təşkil etdiyi platformada multikultural dəyərlərin qorunması, milli gəlirin bölüşdürülmə dairəsinin genişləndirilməsi, bir sıra ölkələrdə təbəqələşmə və sair bu kimi mövzuları əhatə edən müzakirələr keçirilib. Steykholder kapitalizminin əsas mahiyyəti gəlirlərin yaxud qərarvermənin bir və ya bir neçə fərd arasında deyil, cəmiyyətin müxtəlif təbəqələri arasında bölüşdürülməsidir. Təəssüflər olsun ki, sözügedən ideya ətrafında Ermənistan birləşə bilmir. Ölkədə hökm edən rasizm və şovinizm meyllərini beynəlxalq statistik göstəricilər də təsdiq edir. Ermənistanın rasizm və şovinizmə əsaslanan yeni milli təhlükəsizlik strategiyası da orta və uzun müddətli dövrdə multikulturalizm dəyərlərindən yan keçəcəyinə əyani sübutdur. Müasir dövrdə Ermənistanın 98,1 faiz əhalisinin erməni millətindən ibarət olması keçmiş ideologiyaya məxsus yanaşmadır. Cənubi Qafqazın qərb dəhlizində yerləşən ölkədə digər xalq və millətlərin, o cümlədən din mənsublarının nümayəndələrinə rast gəlmək çətindir. Belə ki, az sayda yezidi kürdləri (1,2 faiz) və rusların (0,4 faiz) yaşadığı ölkədə, sözügedən millətlər də getdikcə azalır. Bundan əlavə, müstəqillikdən bu zamana qədər digər xalq və din mənsublarının rahat hərəkət və fəaliyyətinə daima edilən psixoloji və mənəvi zərbələr nəticəsində ölkə dünyanın “aqressiv” ölkəsi kimi liderlər arasındadır. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı Ermənistanda fəaliyyət göstərən millətçi hərəkatın digər xalq və din mənsublarına qarşı dözümsüzlüyünü nümayiş etdirir. Müasir dövrdə dünya mətbuatında kadrlar vasitəsilə işıqlandırılan Xocalı soyqırımı Ermənistan hökumətinin bır sıra millətçi partiya və qeyri-hökumət təşkilatlarının digər millət və xalqların nümayəndələrinə qarşı hüquq pozuntusu faktı təkmillətli ölkə adına verilmiş düzgün qiymətdir.

Qeyd edildiyi kimi, Steykholder kapitalizminin mahiyyət və fəlsəfəsi Ermənistan cəmiyyətindən uzaqdadır. Rasizm və şovinizm siyasəti ilə cəmiyyətdə digər millət və din mənsublarının təhlükəsizliyi şübhə altına düşür. Bu sosial cəhətdən Ermənistanın digər millətlər üçün təhlükəsizlik yastığı rolu oynamadığı və iqtisadi cəhətdən münbit olmadığını göstərir. Dünya miqyasında tanınmış qeyri-rezident şirkətlərini yerli ticarət və sənaye palatalarının tərkibində görmək çətindir. Xarici investorlara məxsus mülkiyyətlərin ofşor zonalarda fəaliyyət göstərən erməni investorlara satılması, bu ölkədə mülkiyyət hüquq və azadlıqlarını aktual edir. Uzun illər fəaliyyət göstərən xarici dövlət şirkətlərinin hüquq və azadlıqlarının pozulması Ermənistanın təkcə sadə vətəndaşlara deyil, həmçinin iqtisadi agentlərə qarşı da rasizm və şovinizm siyasəti apardığını əks etdirir. Mərkəzi Bank tərəfindən tərtib edilən tədiyyə balansında xarici sahibkarlar tərəfindən maliyyə mülkiyyətinin çıxarılmasını müşahidə edə bilərik. Belə ki, hətta siyasiləşmiş statistik göstəricilər sübut edir ki, investisiya gəlirlərinin repatriasiyasındakı artımlar davam edəcək.

Sosial təlatümlər və inklüzivliyin ressesiyası

Kölgə iqtisadiyyatının hökm sürdüyü Ermənistanda sosial siyasət və inklüziv iqtisadiyyatın inkişafından danışmaq əbəsdir. Beynəlxalq Valyuta Fondunun tədqiqatlarında kölgə iqtisadiyyatının həm nəzəri, həm praktiki cəhətdən ölkə inkişafına maneə olduğu, bu şərtlər altında inkişafın mümkün olmadığı qeyd edilib. Siyasi və hüquqi cəhətdən kölgə iqtisadiyyatı demokratik prinsiplərin tətbiq olunmadığı, insan və mülkiyyət hüquqlarının tapdalandığı, ekstraktiv institutların geniş miqyas aldığı ölkələrdə mövcud olur. Mövzuya müvafiq olaraq, sosial və inklüziv inkişaf yalnız leqal iqtisadi subyektlərin mövcud olduğu, iqtisadiyyatın müxtəlif sektorları üzrə uçot, bəyannamə və qeydiyyat prosedurlarının şəffaf, hesabatlı və açıq çərçivədə olan ölkələrdə inkişaf edir.

Sosial gərginlik yaşayan Ermənistanda kölgə iqtisadiyyatının miqyası Dünya Bankının “Dünya ölkələrində kölgə iqtisadiyyatı” ilə əlaqədar hesabatında aydın görünür. Ev təsərrüfatları ilə bərabər iri inhisarçı şirkətlərin rəqabətsiz mühitdə fəaliyyəti boz iqtisadiyyatın miqyasını daha da artırır. Hətta Ermənistan Mərkəzi Bankının ödəmələr balansına aid hesabatına əsasən, ölkəyə daxil olan pul baratlarının miqyası daha çoxdur ki, mütləq əksəriyyətinin uçotu qeyri-müəyyəndir. Ermənistana gələn pul axını mənbəyi üç istiqamətlidir ki, buraya pul köçürmələri, xarici investisiya və müxtəlif fondların pul yardımları daxildir. Dünya Bankının regional ölkələri ilə bağlı hesabatına əsasən, Ermənistan miqrant əməyi hesabına MDB-də ən çox pul köçürmələri alan ölkələrdən biridir. Həmin hesabatın göstəricilərinə əsasən, 2014-2016-cı illərdə pul köçürmələrinin ÜDM-də payı 20 faiz səviyyəsindədir. Təbii ki, bu hesablamalar rəsmi uçota əsaslanan rəqəmlər olduğunu nəzərə alsaq, ev təsərrüfatlarına köçürülən pul vəsaitlərinin əksər hissəsi ölkədə əlavə dəyərin formalaşmasına deyil, sosial həyat dayanıqlığının təmin olunmasına xidmət edir. Bundan əlavə, pul köçürmələrinin miqrantlar vasitəsilə edildiyini nəzərə alsaq, bu Ermənistanda işsizlik və yoxsulluğun yüksək həddə olmasına işarədir.

Yoxsulluq və işsizlik arasındakı səviyyə fərqinə nəzər yetirərkən məlum olur ki, nəzəri olaraq işsizlər arasında yoxsulluq payının yüksək olması ilə bərabər, məşğul əhali arasında da yoxsulluq payı yüksəkdir. Xüsusilə, 2020-ci ilin ilk 6 ayının yoxsulluq göstəricilərində müşahidə edilən artım işlək əhalinin gəlirlərinin azaldığını göstərir. Dünya Bankının 2020-ci ilin yenilənmiş sənədlərində Ermənistanın 2018-ci il üzrə günlük 5,5 ABŞ dollarına qədər qazanan əhali səviyyəsi 42,5 faiz olaraq qiymətləndirilib. Bundan əlavə, Dünya Bankının 2019-cu il üçün proqnozunuzun tərkib hissəsinə baxdıqda, 2020-ci il COVID-19 pandemiyası dövrünə Ermənistanın ağır vəziyyətdə daxil olmasının şahidi olarıq. Belə ki, müvafiq iqtisadi institutun hesablamalarına görə Ermənistanda gündəlik olaraq əhalinin 100 min nəfərinin qazancı (1 faizi) 1,9 dollar, 280 min nəfərinin (9 faizi) qazancı 3,2 dollar, 1 milyon 500 min nəfərinin (35 faizinin) qazancı isə 5,4 dollar səviyyəsində qiymətləndirilir.

Qapalı iqtisadiyyatın ÜDM-də payına görə Afrika qitəsinin bəzi ölkələri ilə eyni sırada olan Ermənistan “İnklüziv İnkişaf İndeksi - 2018” hesabatına görə inkişaf etməkdə olan 78 ölkə arasında 45-ci mövqedə qərarlaşıb. Qeyd edilən indeksə müvafiq olaraq Ermənistan əmək məhsuldarlığı, adambaşına düşən ÜDM ev təsərrüfatlarının gəlirləri, gəlir və sərvət yığımı (toplanması), məşğulluq və sağlam həyat gözləntisi, dövlət borcunun ÜDM-də payı indikatorlarına görə Afrikanın yoxsul statuslu ölkələri (Zimbabve, Çad, Mali, Uqanda) ilə qonşuluq mövqeyindədir. Yuxarıda qeyd edilən, müxtəlif iqtisadi indikatorların məntiqi davamı kimi Gini (İtalyan statistikaçısı Corrado Gini tərəfindən hazırlanan statistik bir ölçü vahidi) indeksinə (xalis gəlir və xalis sərvət yığımı üzrə) görə də Ermənistan aşağı mövqelərdə qərarlaşıb. Belə ki, inklüzivliyi ölçən əsas indikatorlardan biri olan sözügedən indeks əldə edilən gəlirlərin əhali arasında bərabər və ya qeyri-bərabər paylanmasını hesablayır. Beynəlxalq metodologiyaya əsasən, 0-100 intervalında aparılan qiymətləndirməyə görə 30-50 bəndləri arasında olan ölkələrin nisbətən riskli sabit olması, 50-dən yuxarı isə çox yüksək riskə sahib olması göstərilir. “İnklüziv İnkişaf İndeksi - 2018” hesabatında Ermənistan 40 balla sabit riskli ölkələr sırasına daxil olsa da, bunun ölkədaxili gəlir bölüşdürülməsi yolu ilə deyil, miqrantlar tərəfindən ölkəyə göndərilən pul vəsaitləri vasitəsilə olduğunu qeyd etmişdik. Bundan əlavə, çoxda uzaq olmayan tarixdə qeyd edilən statistikaya görə 42 faiz əhalisi 5,5 dollara yaxın günlük qazanca sahib olan Ermənistanın COVID-19 pandemiyası dövründə daha acınacaqlı durumda olduğunu təxmin etmək çətin deyil.

Nəticə etibarı ilə Ermənistanın inklüziv şəkildə inkişafını bütün parametrlər üzrə mənfi qiymətləndirmək mümkündür. Digər millətlər və inanclar üçün münbit bir şəraitin yaradılmaması, ölkənin təbii sərvətlərindən əldə edilən gəlirlərin əhali arasında düzgün bölüşdürülməməsi, işsizlik və yoxsulluğun son illərdir eyni tempdə qalması inklüziv inkişafa maneə yaradan əsas məqamlardır. Son məqsədi insan kapitalının formalaşdırılması və aparılan hərtərəfli islahatların peşəkar və yüksəkkvalifikasiyalı insan yetişdirmək olan inklüziv siyasətin heç bir mərhələsində Ermənistan müşahidə edilmədi. 2020-ci ilin sentyabrın 27-dən başlayan Qarabağ regionundakı silahlı müharibə üçün 210 mindən çox şəxsin səfərbər olunması, Ermənistanda növbəti xaosun anonsunu verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH