RƏSMİ XRONİKA
MONQOLUSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NAMBARIN ENXBAYARA
Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın rifahı naminə daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Monqolustan xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 iyul 2007-ci il.