Monteneqroda Ali Məhkəmə binasının anbarına doğru qazılan tunel aşkarlanıb
Podqoritsa, 15 sentyabr, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsada narkotik vasitələrin və cinayət işləri ilə bağlı sənədlərin saxlanıldığı Ali Məhkəmə binasının anbarına doğru qazılan tunel aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, daxili işlər naziri Filip Adziç tunelin məhkəmə binasının anbarından yaxınlıqdakı binanın mənzilinə çıxdığını deyib. Həmin mənzilin 2 ay əvvəl icarəyə verildiyi bildirilib.
Nazir tunelin hansı məqsədlə qazıldığı ilə bağlı araşdırmalara başlanıldığını, baş verənlərin yaxşı təşkil olunmuş planın bir parçası olduğunu qeyd edib.
Ali Məhkəmənin sədri Boris Saviç isə məhkəmə binasının anbarında qeyri-qanunu heç nə olmadığını deyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]