ELM VƏ TƏHSİL
Moskva Dövlət Universitetinin Bakı filialı baş mühasib vəzifəsinə işə qəbul elan edir
Bakı, 26 oktyabr, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı baş mühasib vəzifəsinə işə qəbul elan edir.
Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib.
İş barədə məlumat:
• Əməkdaşların və ezamiyyətə gələn mütəxəssislərin əməkhaqlarının və ödənişlərinin hesablanması;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun təşkili, iş və xidmətlərin yerinə yetirilməsi;
• Dövlət büdcəsi ilə hesablaşmalar, öhdəliklərin vaxtında ödənilməsi;
• Bank əməliyyatlarının aparılması, ödəmə tapşırıqlarının düzgün tərtib olunması, bank çıxarışlarının sistemə işlənməsi;
• Aylıq və gündəlik daxili hesabatların, yuxarı təşkilatların, vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak və nəzarət edilməsi;
• Debitor və kreditorlarla hesablaşmalar, ödənişlər, aylıq üzləşmə AKT-larının tərtibi və nəzarəti;
• Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim olunmasını təşkil etmək.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Namizədə aid tələblər:
• Təhsil: Ali (maliyyə, mühasibat uçotu və audit kimi oxşar ixtisaslar)
• Təcrübə: Mühasib kimi minimum 5 il təcrübə (ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcək)
• Yaş: 30 - 50
• Proqramlar: 1 C və MS Office
• Dil biliyi: Azərbaycan dili və rus dili biliyi vacibdir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 2023-cü il noyabrın 15-dək göndərə bilərlər.