MOSKVADA HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN İCLASI KEÇİRİLƏCƏKDİR
Azərbaycanın hökumət nümayəndə heyətinə Baş nazirin birinci müavini Abbas Abbasov başçılıq edəcəkdir.
İclasda iqtisadi əməkdaşlıq məsələlərini, habelə Azərbaycan ilə Moskva arasında daha sıx inteqrasiyanın perspektivlərini müzakirə etmək, Moskva hökumətinin sahə bölmələrində məsləhətləşmələr keçirmək planlaşdırılır. Proqram çərçivəsində A.Abbasovla Moskvanın meri Yuri Lujkov arasında ikitərəfli görüş keçirmək nəzərdə tutulmuşdur.
Bundan əlavə, iyunun 25-də MDB İqtisadi Şurasının baş nazirlərin müavinləri səviyyəsində 20-ci iclası keçiriləcəkdir. İclasda 2003-2010-cu illərdə MDB dövlətlərinin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş mühüm tədbirlərin yerinə yetirilməsinin gedişi müzakirə ediləcəkdir.