Moskvada polis əməkdaşlarına atəş açmış şəxsin evində ekstremist xarakterli materiallar tapılıb
Moskva, 16 iyun, AZƏRTAC
Moskvada polis əməkdaşlarına atəş açmış şəxsin evində ekstremist xarakterli materiallar tapılıb.
AZƏRTAC xəbər verir ki, iyunun 15-də Moskvanın mərkəzində polis əməkdaşlarına atəş açmış İnquşetiya Respublikası sakini Ratmir Qalayevin qaldığı mənzildə axtarış aparılıb. Onun şəxsi əşyaları arasında ekstremist xarakterli materiallar aşkar edilib. R.Qalayevin bu cinayəti törətməyə təhrik edildiyi istisna olunmur.
İstintaqın məlumatına görə, R.Qalayev heç bir səbəb olmadan yol polisi əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində iki polis əməkdaşı və atəş açan şəxs xəsarət alıb. Polis əməkdaşları xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]