MOSKVADA PRAVOSLAV-İSLAM DİSPUTU KEÇİRİLMİŞDİR
“Bibliya və Quran Allahın nazil etdiyi kitablardır” mövzusunda birinci disputda, əsasən, məşhur müsəlman mübəlliği Əhməd Didətin müxtəlif dinlərin, xüsusən də, xristian konfessiyalarının nümayəndələri ilə polemika təcrübəsindən söhbət getmişdir.
Həmin görüşdə müzakirə üçün çoxlu maraqlı sual və əlavə mövzular ortaya çıxmışdı. Ona görə də iştirakçılar yenidən görüşməyi qərara almışdılar.
İndiki disputda “İslamda və xristianlıqda Allah haqqında təsəvvürlər” mövzusu müzakirə olunmuşdur. Görüşdə xristianlar tərəfdən “Pravoslavlıq və İslam” saytının redaktoru Yuri Maksimov, keşiş Oleq Stenyayev, müsəlmanlar tərəfdən Qazaxıstanın “Ansar” nəşriyyat evinin redaktoru Əsgər Sabdin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, islamda məzhəblərə və ideya cərəyanlarına dair bir sıra məqalə və əsərlərin müəllifi Aydın Əlizadə çıxış etmişlər.
Gələcəkdə müsəlmanların xristianlıqdakı digər cərəyanların nümayəndələri, o cümlədən protestanlar ilə də disputlarını keçirmək nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]