Müdafiə naziri cəbhəboyu zonada yeni tikilən hərbi şəhərcikdə işlərin gedişini yoxlayıb
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdə inşaat işlərinin gedişini yoxlayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, habelə qazanxana, camaşırxana və hamamxana kompleksində, tikinti gedən digər obyektlərdə olan Zakir Həsənov müvafiq tapşırıq və tövsiyələrini verib.